Yaponiyadan Rusiyaya zərbə: yeni sanksiyalar martın 31-dən qüvvəyə minir
Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Belə ki, 12 fiziki şəxsə və 36 təşkilata qarşı sanksiya elan edib. Bu barədə Yaponiya Nazirlər Kabinetinin rəsmi qəzetində deyilir.
Yeni sanksiyalar siyahısına daxil edilən təşkilatlar arasında “FSUE Atomflot”, “Kalaşnikov”, “Almaz-Antey”, “Uralvaqonzavod” və “Bazalt” konserni də var. Yaponiya hakimiyyəti “Tinkoff” bankı da sanksiyalar siyahısına əlavə edib. Sanskiyalar martın 31-dən qüvvəyə minəcək.
Mətləb Salahov