Pentaqondan xəbərdarlıq - Ukrayna məğlub olsa Rusiya-NATO müharibəsi başlayacaq
ABŞ-ın müdafiə naziri Lloyd Austin Ukraynanın məğlubiyyətinin və Rusiya ilə NATO arasında birbaşa münaqişənin qarşısını almaq üçün Kiyevə dəstəyi davam etdirməyə çağırıb.
Pentaqon rəhbəri Austin ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin iclasındakı çıxışında iddia edib ki, Rusiya qalib gəlsə, Putin dayanmayacaq.
“Baltikyanı ölkələr növbəti hədəf olub-olmayacaqlarından narahatdırlar. Açığı, Ukrayna çökərsə, düşünürəm ki, NATO Rusiya ilə toqquşacaq” – deyə müdafiə naziri bildirib.
TAHİR