Nuri Kamal Əl-Maliki Prezident İlham Əliyevə təbrik məktubu göndərib
İraq Respublikasının sabiq Baş naziri, İslami Dəvət Partiyasının baş katibi Nuri Kamal Əl-Maliki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz arasında müştərək maraqların həyata keçirilməsi naminə xalqlarımızın münasibətlərinin möhkəmlənməsini və İslami Dəvət Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişafını arzu edirəm.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".