Parlament seçkilərindən sonra hakimiyyət dəyişə bilər ...
Prezident seçkidən sonra yeni koalision hökumətin qurulmasını istəyir..
Gürcüstan prezidenti Solome Zurabişvili maraqlı bəyanatlar verib. Bu ilin oktyabrında ölkədə keçiriləcək parlament seçkilərinə dair bildirib ki, heç kimin- nə ABŞ- ın ,nə Avropanın,nə də Rusiyanın seçkiyə müdaxiləsinə imkan vermərik. " Hakim partiyadan başqa bütün siyasi qüvvələrlə məsləhətləşmələr aparırıq. İstəyirik ki, seçkidən sonra Gürcüstanda yeni koalision hökumət qurulsun ".
Prezidentin bu bəyanatı onun ölkədə indiki iqtidar partiyası olan "Gürcü arzusu" partiyasının hakim mövqeyinə son qoymaq və yeni qüvvələrin hakim koalisiyasını qurmaq məqsədi kimi şərh olunur...
Namiq Quliyev