KÖHNƏ VERSİYA            

“Fransanın Ermənistanı silahlandırması yeni müharibə planlarının tərkib hissəsidir” - Vüqar Rəhimzadə

Image

İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycanın atdığı hər bir addım ədalətin və beynəlxalq hüququn əsas olduğunun təqdimatıdır. Tarixi Zəfərimizdən dərhal sonra ölkəmiz regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh sazişini imzalamağı təklif etdi.

Baxmayaraq ki, həmin vaxtdan xeyli müddət keçib, Ermənistan hələ də havadarlarının dəstəyinə söykənərək müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanması prosesini uzadır. Hazırda Ermənistanda yaşanan duruma, həmçinin baş nazir Nikol Paşinyanın Fransaya səfərindən, daha dəqiq desək bu ölkənin Prezidenti Emmanuel Makron ilə görüşündən sonra səsləndirdiyi bəyanatlara diqqət yetirəndə işğalçı dövlətin sülh sazişini imzalamaqdan yayınmasının səbəblərini görmək mümkündür. Makronla Paşinyanın görüşündən sonra Fransanın müdafiə naziri Sebastyan Lekornunun Ermənistana səfəri də bu dövlətin yürütdüyü siyasətə və onun arxasında gizlənən maraqlara “işıq saldı”. Ermənistan və Fransanın hərbi əməkdaşlıq barədə sənədlər paketi imzalamaları fonunda artıq geniş şərhə ehtiyac görmürük. Bu iki ölkəni eyni dəyərlərin birləşdirdiyini nəzərə alsaq, qeyd etdiyimiz səfərlər çərçivəsində gedən müzakirələrdə ədalət və beynəlxalq hüquq nöqteyi-nəzərindən hansısa konstruktiv addımın atılması barədə fikir mübadiləsinin aparılmasını düşünmək sadəlövhlük olar. Eyni zamanda, hazırda Ermənistanla Rusiya arasında münasibətlərdə nəzərə çarpan gərginlik bu ssenarinin müəlliflərinin kimlər olduğunu açıq şəkildə nümayiş etdirir. Reallıq budur ki, Qərb Ermənistanı ölkəmizə qarşı müharibəyə hazırlayır. Müharibəyə hazırlıq istiqamətində əsas addım Ermənistanın silahlandırılmasıdır. Hazırda Fransa bu missiyanı öz üzərinə götürüb. Ermənistana Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahların verilməsi bunun bir daha təsdiqidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Ermənistan tərəfinin Azərbaycanın guya bu ölkənin ərazilərinə iddialı olması kimi sərsəm fikirlərinə münasibət bildirən V.Rəhimzadə qeyd edib ki, Azərbaycan hər zaman sülhün tərəfdarıdır. Heç bir dövlətin ərazisində gözü yoxdur. 30 il torpaqlarımızı işğal altında saxlayan, Azərbaycan xalqının izlərini silmək üçün bu əraziləri tamamilə dağıdıb yerlə-yeksan edən, tarixi saxtalaşdırmaqla zəbt etdiyi torpaqları öz ərazisi kimi təqdim etməyə çalışan Ermənistandır. Ermənilər tarixən qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürüb. “Böyük Ermənistan” xülyası azərbaycanlılara və türklərə qarşı zaman-zaman soyqırımı və deportasiya siyasətinin həyata keçirilməsi ilə müşayiət olunub. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlığın hansı problemlərə yol açdığı məlumdur. Belə ki, o illərdə yenicə müstəqillik qazanan ölkələrlə münasibətinə yenidən baxan və onlara maliyyə dəstəyi göstərməyə hazırlaşan ABŞ hökuməti ermənilərin, erməni diasporu və lobbisinin apardıqları əsassız, ədalətə və beynəlxalq hüquqa sığmayan təbliğata uyğun olaraq Ermənistanı “işğala məruz qalan”, Azərbaycanı isə “işğalçı” dövlət kimi qəbul edərək ölkəmizə qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi tətbiq etdi.

Vurğulanıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra başlanan yol Azərbaycan həqiqətlərinin təbliğində, erməni yalanlarının ifşasında öz sözünü dedi və bu gün də deməkdədir. Bu gün qalib Azərbaycan diktə edən tərəfdir. Ölkəmizin şanlı Qələbəmizin ilk günündən Ermənistana ünvanlandığı sülh təklifi bir çox məqamlara aydınlıq gətirir. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması prioritetlər sırasındadır. Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Ermənistan bu reallığın fərqindədir ki, Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etməyib. Çünki Ermənistanda qəbul olunmuş bir çox sənədlərdə Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapır. Həmin qanunvericilik aktlarının hələ də qüvvədə olması sülh müqaviləsinin bağlanması istiqamətində əsas maneələrdən sayıla bilər. Bu sənədlərin mövcudluğu, eyni zamanda, Ermənistanın sülh müqaviləsinin imzalanmasına maraq göstərməməsinin təsdiqidir. Digər tərəfdən isə Ermənistanın hazırda Fransanın maraqlarının müdafiəçisinə çevrilməsi artıq vəziyyətin daha da gərginləşməsini şərtləndirir.

Bildirilib ki, Qərbdə və Ermənistanda “Azərbaycanın hücuma hazırlaşması” təbliğatı da hazırlanan ssenarinin əsas tərkib hissəsidir. Tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyevin çıxışlarında bu mühüm çağırış daim xüsusi yer tutur ki, əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, unutmasınlar ki, “Dəmir yumruq” yerindədir. Səsləndirilən çağırışlar sırasında bu məqam da qeyd edilir ki, Azərbaycan Ordusu hər bir təxribatın qarşısını qətiyyətlə almağa qadirdir. Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq hərbi təxribatlar törətməsinin qarşısının alınmasının Azərbaycan tərəfinin hücumu kimi dəyərləndirilməsi Ermənistanın və ona havadarlıq edənlərin yeni müharibə planlarının tərkib hissəsidir. İşğalçı dövlətin bu sərsəm təbliğatının fonunda Azərbaycan Ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulması və hərbçimizin yaralanması, şərti sərhəddə atəşkəsin davamlı pozulması, Naxçıvan istiqamətində təxribatlara əl atılması bir daha məqsədin vəziyyəti gərginləşdirmək və Azərbaycanı günahlandırmaq olduğunu təsdiqlədi.

“Dövlətimizin başçısı andiçmə mərasimindəki çıxışında “Nəhayət Azərbaycan-Ermənistan münasibətləri. Mən çıxışımın sonunda bu məsələyə təsadüfən toxunmuram” fikirlərinin davamı olaraq qeyd etdi ki, bu məsələnin əhəmiyyəti süni şəkildə şişirdilir. Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək, öz səylərini göstərmək, deməli, yorğanı öz tərəflərinə çəkmək, vasitəçi olmaq istəyirlər. Ölkə Prezidenti vasitəçi olmağı şərtləndirən amillərə bir daha diqqəti yönəldərək “Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək” çağırışı ilə Ermənistana, həmçinin regionda vəziyyəti daha da gərginləşdirmək yolunu tutan bəzi Qərb ölkələrinə ciddi mesajlarını çatdırdı. Prezident daim bildirir ki, qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə həmişə hazır olmalıyıq”, - deyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Fransanın məqsədi Cənubi Qafqazda sabitliyin bərqərar olması yox, məhz Ermənistan vasitəsilə regionda möhkəmlənmək və maraqlarının təminatına nail olmaqdır.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031