KÖHNƏ VERSİYA            

19 yaşı tamam olan gün döyüşə atıldı - Qarasaqqallı kənd şəhidinin anası danışır...

Image

Rəfiqə Dadaşova: “19 yaşı tamam olan gün müharibəyə qatıldı, əsgərliyinin 1 ili tamam olduğu gün isə şəhid oldu”

Fevralın 19-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün - Tarixi zəfər” adlı kitabın I və II cildlərinin təqdimat mərasimi çərçivəsində tədbirdə iştirak edən bir neçə şəhidin valideynindən övladları ilə bağlı müsahiblələr götürdük.

Budəfəki müsahibimiz  27 sentyabr 2001-ci ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olan və Vətən müharibəsinin ilk günündən döyüşə atılan, torpaqlarımızın bütüövlüyü uğrunda canını fəda edən şəhid Nurlan Səyyad oğlu Dadaşovun anası Rəfiqə Dadaşovadır. Şəhidimiz 2007-2018-ci illərdə Qarasaqqal kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb, müharibə başlayanda o 11 ayın əsgəri olub. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Nurlan artıq bir ilin əsgəri idi. O, Murovdağ, Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşub. Son döyüşü Cəbrayıl istiqamətində olub və oktyabrın 2-də orada da şəhidlik zirvəsinə ucalıb. 

“İnanmıram ki, oğlum şəhid olub, elə bilirəm yenə əsgərlikdədir, vaxtı bitəndə evə gələcək”

- Oğlum xüsusi təyinatlı əsgəri idi. 19 yaşı tamam olan gün müharibəyə qatıldı, əsgərliyinin 1 ili tamam olduğu gün isə şəhid oldu. Əsgəri xidmətdə idi, şəhid olduğu gün - oktyabrın 2-də bir il idi ki, əsgər idi. Şəhid olanda 19 yaşı vardı. Sentyabrın 27-də 19 yaşı tamam olmuşdu. Həmin gün də müharibə başladı və o döyüşə başladı.

- Neçə övladınız vardı?

- Üç oğlum vardı, sonbeşiyim Nurlan idi. Böyük qardaşlarının ikisi də hərbiçidir. Böyük oğlum Dadaşov Novruz Aprel döyüşlərində iştirak edib, gizirdir.   

- Oğlunuzun şəhid xəbərini necə eşitdiniz?

- Bizə xəbər vermişdilər. 2020-ci il oktyabrın 2-dən 3-nə keçən gecə şəhid olmuşdu və ayın 3-2 gündüz nəşini  rayona gətirmişdilər, 4 oktyabrda da Qarasaqqal kəndində  dəfn olundu.

- Oğlunuzun hərbiyə marağı vardımı?

- Çox böyük marağı vardı. Fikri vardı ki, həqiqi hərbi xidmətini başa vurduqdan sonra orduda qalıb işləsin. Oğlumun hərbiyə çox böyük sevgisi vardı, hərbi paltarı çox sevirdi. Özü də çox məsuliyyətli, çox zəhmətkeş uşaq idi. 

- Orta məktəbdə necə oxuyurdu?

- Əlaçı deyildi, orta səviyyədə oxuyurdu. 

- Nurlan şəhid olandan sonra həyatınızda nə dəyişdi?

- Çox şey dəyişdi. Bizimlə yanaşı oxuduğu məktəbdə də onu xatırlayırlar həmişə. Nurlan çox yaxşı, mehriban, sözəbaxan, istiqanlı, hamı ilə dil tapıb yola gedən uşaq olub.

- Nişanlı idi, yoxsa istədiyi qız vardı?

- Məktəb vaxtı olmuşdu, uşaq idi. Heç ona istəmək demək olmazdı. Nişanlı deyildi.

- Nuralanın nədən xoşu gəlirdi?

- Nurlan at sürməyi, balıq tutmağı, ov ovlamağı çox sevirdi. Yaşının az olmasına  baxmayaraq, əlindən gəlməyən iş də yox idi. Özü də yaşından böyük düşünürdü. Oturub danışanda elə bil ki, 40-50 yaşlı bir kişi ilə danışırdın. Çox ünsiyyətcil, çoxsöhbətcil idi.

- Son beşiyiniz idi Nurlan. Heç olurmu ki, onun şəhid olduğuna inanmayasanız?

- Gözüm həmişə onu axtarır. İnanmıram ki, oğlum şəhid olub, elə bilirəm yenə əsgərlikdədir, vaxtı bitəndə evə gələcək. Oğlum Cəbrayılda şəhid olub. Döyüş yolu Murovdan, Kəlbəcərdən, başqa yerlərdən keçib. Oğlum xüsusi təyinatlı kəşfiyyat bölümündə idi. Ən çətin yerlərdən keçiblər, çətinliklərlə üzləşiblər. İki gün Kəlbəcərdə mühasirədə olublar, sonra mühasirədən çıxıb Cəbrayıla gəlib. Nurlan Cəbrayılda 16 nəfərlə birgə şəhid olub.  

- Komandiri, əsgər yoldaşları Nurlan barədə nə danışırdılar?

- Biz komandiri görə bilmədik. Çünki Nurlangilin komandiri də müharibənin axırına yaxın şəhid olub. 

Müharibədən əvvəl oğlumgilə İsmayıllı dağlarında təlim keçirdilər, amma hərbi xidmətdə Cəlilabadda idi. Həmin təlimdə  də onların komandiri oğlum da daxil olmaqla 22 nəfər uşaq seçib götürüb. Deyib ki, bu uşaqlarla mən filan yerlərə gedəcəyəm. Həmin o 22 uşağın 11-i şəhid olub. Dörd-beş nəfər hərbidə qalıb işləyir, qalanlar da qazidir. Onlarla əlaqəmiz var, sağ olsunlar, gəlib-gedirlər, bizə baş çəkirlər. 

- Döyüşə gedərkən oğlunuz özü zəng etmişdi?

- Hə, etmişdi. Oktyabrın 1-dən 2-nə keçən gecə bizimlə xeyli danışdı. Dedim bala, telefonla yerinizi bilərlər. Dedi narahat olma gizlənmişik. 2 saata gəlməlidilər, gəlməsələr burdan yolumuzu dəyişib başqa istiqamətə gedəcəyik. Bunlar gündüz atışmada olurmuşlar, gecə də kəşfiyyata çıxırmışlar. 

- Son sözü nə oldu?

- Mənimlə danışanda atasını mənə, atası ilə danışanda da məni atasına tapşırmışdı. Məndən soruşdu ki, ana, kəndə şəhid gəlib? Dedim yox. Yaralını soruşdu, dedim şükür salamatçılıqdır. Qayıtdı ki, hər dəqiqəsi...Dedim, hər dəqiqəsi nə? Dedi heç, özüm elə deyirəm, özünüzdən muğayat olun, hər şey yaxşı olacaq. O, “hər dəqiqəsi ölümdür” demək istəyirdi, amma demədi. Deyirdi arxadan kömək gəlsə 15 günə bunları kürüyüb atarıq. Yerin altı elə bir siçovul yuvasıdır, qırırıq qurtarmırlar. Sonra böyük oğlum gəlib dedi ki, yerin altı tamamilə tuneldir. 30 ildə onlar orda tunellər qazmışdılar, hər cinayətlər işləyiblər. 

- Nurlanın təltifləri varmı? 

- Prezidenti İlham Əliyevin Sərəncamı ilə oğlum Nurlan Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Bundan "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.  Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Oğlum üçüncü dərəcəli “Rəşadət” ordeninə də layiq görülüb. 

Təsəllimiz odur ki, dövlət övladımı unutmur. Xatirə Kitabı Redaksiyası da övladlarımızın xatirəsini əbədiləşdirir. Bu bizə böyük təsəllidir. 

İradə SARIYEVA  








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031