KÖHNƏ VERSİYA            

Makronda "insinuasiya" - bəzi dövlət başçılarının bu "xəstəliyi" hansı fəsadları verir...

Image

Fərəc Quliyev: “...Bölgədə böyük güclərin bu şəkildə siyasi şərləmə ilə məşğul olmaları gələcəkdə bölgənin, ümumiyyətlə bəşəriyyətin təhlükəsizliyi üçün problemlərə yol aça bilər”

“...Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi.

Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”. 

Bunu Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident dedi ki, Makron və Borrel Azərbaycanın  Ermənistana hücum etməyə hazırlaşdığını deyir, amma bizim elə bir planımız yoxdur, onların dedikləri həqiqət deyil, bu, Makronun insinuasiyalarıdır. 

İnsinuasiya nədir? Siyasət adamlarında, dövlət başçılarında insinuasiya halı xalqlar üçün, dünya üçün nə qədər təhlükəlidir?

Əvvəlcə internet resurslarında “insinuasiya nədir” sualına cavab axtardıq. “Azərbaycan dilinin izahlı lüğətində” insinuasiya sözünün mənası şərləmək, böhtan atmaq, başqasını ləkələmək üçün qəsdən yalan uydurmaq kimi göstərilir. “İnsinuasiya ittihamı” kimi ifadə də var. “Məktəblinin alınma sözlər lüğəti”ndə bu ifadə şərləmək, böhtan atmaq, başqasını ləkələmək üçün qəsdən yalan uydurmaq anlamı daşıyır... Deməli, Makron da, Borrel də insinuasiyaya tutulublar. Belə olmasaydı, durduqları yerdə Azərbayana qarşı əsassız iddialar irəli sürməzdilər. Tarixdə xəyal görən siyasətçilərin olduğunu deyən ekspertlər hesab edirlər ki, Makron kimi insinuasiyalara qapılıb əsası olmayan sözlər söyləyənlərin heç biri öz xalqına fayda verməyib, xalqı, dövləti uçuruma aparıb. İnsinuasiya ittihamı ilə məşğul olanların çoxunun sonunun faciəli olduğunu deyən ekspertlər hesab edir ki, Makron kimi siyasətçilərin də sonu işıqlı görsənmir. Belə görsənir ki, Makron da, Borrel də xəyallarında hansısa “hücum” səhnəsi qururlar, sonra da bunu gerçəklik kimi dünyaya təqdim edirlər. Belə yalan xəbərlərin dünyada yayılması saysız insanların həyatına, əhvalına mənfi təsir edir. Makron qəsdən yalan uydurur və erməniləri də məcbur edir ki, bu yalandan çıxış etsinlər.

Siyasət adamlarında, dövlət başçılarında insinuasiya halı xalqlar üçün, dünya üçün nə qədər təhlükəlidir?

“Ölkə başçısının xəbərdarlığı yerində olan xəbərdarlıqdır” 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə  bildirdi ki, bu çox təhlükəli məsələdir. “El dili ilə desək, bu, başqasının bədbəxliyi üstündə xoşbəxtlik qurmaq kimi bir məsələdir. Bəzi dövlətlər bundan istifadə edirlər və çalışırlar ki, öz mövqelərini möhkəmləndirsinlər. Əslində Ermənistanın da qara qaşına vurulmayıblar. Sadəcə bölgəyə daxil olmaq istəyirlər. Azərbaycan deyir ki, bizim Ermənistan ərazisinə hücum etmək planımız yoxdur. Əlbəttə, ölkəmizə qarşı təhdidlər olarsa biz adekvat cavab vermək məcvburiyyətindəyik. Hətta mütanasib olmayan cavab vermək məcburiyyətində qala bilərik. Bu da geniş müharibəyə gətirib çıxara bilər. Bu müharibənin də sonu Ermənistan üçün xoşagəlməz proseslərə gətirib çıxara bilər. Azərbaycan üçün o qədər də böyük təhlükə yaratmaz. Prezidentin həmin o termin altında işlətiyi söz ona aiddir ki, bölgədə böyük güclərin bu şəkildə siyasi şərləmə ilə məşğul olmaları gələcəkdə bölgənin, ümumiyyətlə bəşəriyyətin təhlükəsizliyi üçün problemlərə yol aça bilər. Çünki bizim də müttəfiqlərimiz məsələyə qarışa bilər. Ermənistanın mütəfiqləri də ki, zatən, bölgəyə girmək üçün əl-qollarını çırmayıblar. Belə gedərsə, hətta mən böyük bir savaşın çıxacağını da güman edirəm. O mənada ölkə başçısının xəbərdarlığı yerində olan xəbərdarlıqdır. Biz bütün variantlara əlbəttə hazır olmalıyıq. Bəzi siyasilərin “insinuasiya”sı həm bölgəmiz, həm də dünya üçün böyük təhlükələrə yol aça bilər. bizim bölgəmiz kilid bölgədir. Bu saat dünyada həssas olan bölgələrdən biri Qafqazlardır. Burda baş verən proseslər dünyada katalizator rolunu oynayıb böyük bir savaşa yol aça bilər” - deyə F.Quliyev qeyd etdi.

F.Quliyev daha sonra “Bu dəqiqə Ermənistana və onun ağalarına bölgədə idarə olunan xaos lazımdır. Çalışırlar ki, idarə olunan xaos da onların bölgəyə gəlməsi üçün səbəb olsun. Ermənistan üçün də hüquqi zəmin olsun ki, burada bir ”qarışıqlıq” var, “ərazilərimiz təhdid altındadır, biz də yeni müttəfiqlərimizi dəvət edirik” desinlər. İkinci bir tərəfdən də, Paşinyan daxil üçün  yeni bir məsələ hazırlayıb ki, təhdidlər, təhlükələr, risqlər var, biz bəzi güzəştlərə getməsək Ermənistan dövləti təhlükə altında qalar. Ona görə də Fransa və Ermənistan bu məsələləri düşünülmüş şəkildə edirlər. Xatırlayırsızsa, uzun müddət idi hətta bəzi dairələr, ABŞ rəsmiləri belə, Azərbaycanın Zəngəzur ərazisinə hücum edəcəyi barədə danışırdı. Azərbaycan təkzib etdi, təbii ki, belə bir fikir yox idi. Bu onu göstərdi ki, müəyyən böyük güclər Ermənistana dəstək vermək üçün Azərbaycanı şirma kimi istifadə etmək istəyirlər. Yəni Azərbaycanı göstərmək ki, Azərbaycanın “təhdidi var”, Ermənistana silah-sursat verilsin, ordusunu yenidən toparlasınlar, sərhəd qoşunlarını hazırlasınlar, ən əsası isə Paşinyanın şəxsi təhlükəsizliyi və çevriliş cəhdinin qarşısını alsınlar. Onlar bunu deyə bilmirlər ki, belə cəhdlər, təhdidlər Rusiya tərəfindəndir. Rusiyanı qıcıqlandırmaq istəmədikləri üçün “Azərbaycandan təhdid var” deyib bu işləri görürlər. Təbii ki, bunlar hamısı feyk xəbərlərdir. Ölkə Prezidentinin, ölkənin Milli Məclisinin də bu məsələ ilə bağlı rəsmi mövqeyi olub. Ölkə ictimaiyyəti də, siz jurnalistlər də bu məsələləri tədqiq etmisiz. Hesab edirəm ki, bu basqılar hələ davam edəcək, sülh sazişinə qədər biz belə halları müşahidə edəcəyik. Xüsusən kiçik təxribatlar da gözləniləndir. Bunlara hazır olmaq lazımdır” - deyə bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031