KÖHNƏ VERSİYA            

Rusiya səhvini düzəltdi, ABŞ və Fransa hələ yanlış yoldadır - Əliyev doğrusunu göstərdi...

Image

Abutalıb Səmədov: “Ancaq təəssüf ki, ABŞ və Fransa öz yanlış siyasətlərindən imtina etmək fikrində deyillər”

“30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident Əliyev  vurğulayıb ki, həmin ölkələrin hər biri Azərbaycanı öz yolundan döndərmək üçün müxtəlif alətlərdən istifadə edib. "Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər", - deyə Prezident qeyd edib.

Prezident Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən açıq şəkildə bəyan etdi ki,  vaxtilə Rusiya, Amerika, Fransa səhv etdi, sonra Rusiya  səhvini başa düşdü, ABŞ və Fransa da səhvlərini başa düşməlidirlər, onlar da bu bölgənin ən güclü iqtisadiyyatı, ordusu olan, stabil, müstəqil siyasət yürüdən Azərbaycanla işləməlidirlər, Ermənistanla yox. Prezidentin bəyanatından nəticə çıxarsalar, min qazanda qaynayan Ermənistanla yox, stabilliyin hökm sürdüyü güclü Azərbaycanla əməkdaşlıq edərlər. 

“...Rusiya nümunəsini nəzərə almalıdırlar”  

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov  “Bakı-Xəbər”ə şərhində “Azərbaycan Prezidenti son illər dünyanın böyük dövlətlərinin bölgəyə münasibətdə yol verdikləri yanlışıarı bir daha xatırladı. 2020-ci ilin sentyabrında Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin qarşısını almaq üçün ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç dövətin prezidentləri oktyabrın 1-də bəyanat verib tələb etdilər ki, hərbi əməliyyatlar dayandırılsın. Bundan başqa, Fransa prezidenti ayrıca bəyanat verdi və dedi ki, Azərbaycanın Qarabağ ərazisinə girməsini Fransa qəbul etməyəcək.  Azərbaycan nə üç dövlət rəhbərinin o bəyanatına, nə də Fransa prezidentinin ayrıca verdiyi bəyanata heç bir əhəmiyyət vermədi və beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək öz ərazilərinin böyük hissəsini nəzarətinə götürdü”-deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, sonradan 2023-cü ilin sentyabrında ABŞ Dövlət Departamentinin rəsmisi bəyan etdi ki, Azərbaycanın “Qarabağ xalqına” qarşı kəskin addımlar atmasına ABŞ imkan verməyəcək. A.Səmədov qeyd etdi ki, məqsəd Azərbaycanın Qarabağda keçirmək istədiyi antiterror tədbirlərinin qarşısını almaq idi, ancaq ala bilmədilər. “Azərbaycan öz ərazisində tam suverenliyini bərpa etdi. Bu müddətdə Rusiya da müharibənin gedişində Ermənistana silah yardımı göstərməklə, sonrakı dövrdə sülh sazişinin Ermənistanı qane edən layihəsini təqdim etməklə  müəyyən yanlış addımlar atdı. 2022-ci ilin oktyabrında Soçidə keçirilən sammitdə həmin sülh sazişini  Azərbaycana qəbul etdirməyə cəhd göstərməklə yanlış addımlar atdı. Soçidə Azərbaycan Prezidenti sonuncu dəfə bu yolun yanlış olduğunu Rusiya rəhbərliyinin nəzərinə çatdırdı. Rusiya bu məsələdə çeviklik göstərdi, özlərinin yanlış addımlarından imtina etdi və sülh sazişinin həmin layihəsi bir də ortaya çıxarılmadı. Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı da Rusiya beynəlxalq hüquqa uyğun mövqe tutdu. Bu da, təbiidir ki, bizim tərəfimizdən qiymətləndirildi. Nəhayət, bu gün də həm ABŞ, həm Fransa Ermənistana dəstək verməklə yanlış addımlarını davam etdirdilər. Məqsəd Ermənistanı antirusiya cəbhəsinin lokomotivinə çevirməkdir. Təbiidir ki, söhbət bölgəmizdən gedir. Son nəticədə məqsəd Rusiyanın liderlik etdiyi beynəlxalq qurumları sıradan çıxarmağa cəhd göstərməkdir. Söhbət ilk növbədə KTMT-dən gedir ki, Paşinyan KTMT-də fəaliyyətlərini de-fakto dondurduqlarını deyir. Sonrakı mərhələdə isə söhbət, təbiidir ki, MDB-nin və Avrasiya İqtisadi Birliyinin dağıdılmasından gedir.

Aydındır ki, Ermənistan bu sahədə ciddi uğurlar əldə edə və Qərbin istəklərini tam yerinə yetirə bilməyəcək. Ancaq son nəticədə Ermənistanın özü üçün çox ciddi problemlər yaranacaq. Hətta müstəqilliyi sual altına alınacaq. Təbiidir ki, bu da Qərbi narahat etmir. Bölgənin lider dövləti Azərbaycandır. İlk növbədə Azərbaycanla işləmək lazımdır. Prioritet Azərbaycana verilməlidir. Bunu dünyanın bir çox dövlətləri anlayır, ancaq təəssüf ki, ABŞ və Fransa öz yanlış siyasətlərindən imtina etmək fikrində deyillər. Bu, Azərbaycan Prezidentinin sonuncu xəbərdarlığıdır. Bu xəbərdarlıqdan həm dünyanın aparıcı dövlətləri, həm də Ermənistan nəticə çıxarmalıdır, Rusiya nümunəsini nəzərə almalıdırlar. Əks halda Qərbin bölgəyə nüfuz etməsi, bölgədə möhkəmlənməsi ciddi problemlərlə üzləşəcək. Digər tərəfdən, Ermənistan son dövrlərdə “qazandığı” problemlərə yenilərini də əlavə edəcək” - deyə A.Səmədov əlavə etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031