Nazirdən Türkiyə-Azərbaycan Universiteti ilə bağlı açıqlama - bir həftə ərzində məlumat veriləcək
Türkiyə-Azərbaycan Universitetində 2024-2025-ci tədris ili üçün əsasən Azərbaycan vətəndaşlarının təhsil alması nəzərdə tutulur.
Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, növbəti illərdə digər türk dövlətlərindən də tələbələrin qəbulu həyata keçirilə bilər.
Nazir deyib ki, Türkiyə-Azərbaycan Universitetinin binası üçün Bakıda bir neçə binaya baxış keçiriləcək.
Nazir E.Əmrullayev bildirib ki, tələbə sayı növbəti illərdə artarsa, yeni kampus tikilə bilər: “Hazırda universitet üçün bina ayrılmayıb. Yaxın bir həftə ərzində bina haqqında məlumat veriləcək”.
ZÜMRÜD