BQXK-dan saxlanılan Azərbaycan hərbçisi ilə bağlı açıqlama...
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi məlumat verib ki, təşkilat Azərbaycan hərbçisinin Ermənistanda saxlanılması ilə bağlı aidiyyəti tərəflərlə dialoq aparır.
“Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti tərəflərlə konfidensial və ikitərəfli dialoq aparırıq”, - BQXK-nin Bakı ofisinin "X" hesabında paylaşım edilib.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb. O, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.
ZÜMRÜD