Berlində Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar yekunlaşdı - YENİLƏNDİ
28-29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-dəki danışıqlar yekunlaşıb.
XXX
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sülh layihəsi ilə bağlı danışıqlarının ikinci günü keçirilir. Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb", - məlumatda deyilir.
Qeyd edək ki, danışıqlar dünən ikitərəfli formatda başlayıb, daha sonra Almaniya XİN rəhbəri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam edib. Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilib.
TAHİR