KÖHNƏ VERSİYA            

Müdrikliyin təntənəli bayramı

Image

Biz – Xaqani Qayıblının övladları olaraq, düşünürük ki, atamızın 60 illik yubileyini sadəcə bir insanın həyatındakı rəqəmlərin qalaqlanmış yuvarlaq sayısı kimi deyil, daha geniş anlamda, müdrikliyin və eyni zamanda, ömrün hər gününü ilham çırağına çevirən saysız-hesabsız xoş xatirələrin bayramı kimi təntənəli qeyd etmək lazımdır. 

Özümüzü bildiyimiz, kimliyimizi tanıdığımız gündən etibarən, illərdir atamızın hər kəlməsinin, hər yazısının insanın daxili dünyasının mürəkkəbliklərini – sevinc və ağrı çalarlarını əks etdirən ruhun güzgüsü olduğunu dərk etmişik. Təbii ki, bu bizim üçün çox önəmli və yaddaqalan bu məqamdır. Eyni zamanda, inanırıq ki, atamızın şeirləri onu şəxsən tanımayan oxucuların da qəlbinə və idrakına müsbət təsir edərək, onlarda yaşantısı insana doyumsuz həzz verən bəşəri duyğular oyatmışdır.

Övladları olaraq, atamızın yaradıcılığında və ümumən həyatda qazandığı uğurları və bizə  ötürdüyü böyük mənəvi miras haqqında az da olsa bəzi məqamları yada salmaq istərdik. Atamızın 14 yaşında Qaraçöpdən – ailəsindən ayrılaraq, təhsil almaq üçün evini tərk etməsini, onun sonsuzluğa doğru yön alan səyahətinin və daimi dinamik hərəkətlə xarakterizə oluna biləcək həyatının başlanğıcı hesab etmək olar. Biz atamızı, poetik kompaslı dünya səyyahı kimi görürük. Bunun bir adı da Dərvişlik olsa gərək. Hər davranışında, hər danışığında mənsub olduğu millətin və cəmiyyətin dəyərlərini virtual və yaxud real ortamda bulunduğu məkanlarda cənfəşanlıqla, yorulmadan təbliğ edən Xaqani Qayıblı, sözün əsl mənasında bir Dərviş ömrü yaşayıb desək, zənnimizcə, çox da ifrata varmış olmarıq. Ayrıca, inanırıq ki, dünyanın dörd bir tərəfində vətən həsrətiylə yaşayan, xüsusilə, milli özünüdərkə ehtiyacı olan soydaşlarımız, atamızın şeirlərindən yaxşı mənada təsirləniblər. Ona da inanırıq ki, qürbətdə yaşayan soydaşlarımız onun misralarının rəngarəngliyində ana dilimizin zənginliyini duyub, dədə-baba yurdlarımızın müqəddəsliyini anlayıblar. Atamızın uşaqlığımızdan dilimizin əzbəri olan bu kiçik şeiri, içimizdə Böyük Vətən məhəbbətinə çevrilib:


güc almaq üçün

dizimi söykəməyə,

lap belə son anda 

rahatca uyumaq üçün 

üzümü söykəməyə

bir qarış, 

bir əlçim yer tapılmadı

bu vətənin içində...

mən qürbətdə yaşadım

vətən mənim içimdə!


Atamızın şəxsiyyəti müxtəlif mədəniyyətlərin zəngin qobelenini (dekorativ təsviri sənətin əllə toxunmuş bir növü, konkret süjetli birtərəfli xalça) xatırladır. O, coğrafi və mədəni boşluqları öz tolerantlığı ilə aradan qaldıraraq, müxtəlif mənşəli insanlarla asanlıqla əlaqə qurmağı hər zaman bacarıb. Bu davranış üzdə “kosmopolit dünyagörüşü”nü  əks etdirsə də, əslində, atamızın milli köklərə dərin bağlılığından qaynaqlandığına əminik və bu yönüylə bizə – öz övladlarına insanların müxtəlifliyindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, hər kəslə münasibət qura bilmənin vacibliyini dərk etməyi öyrədib.

Atamız bizim üçün sanki mədəniyyətlər arasındaki canlı bir körpüdür. Bunun bariz nümunəsi onun bədii yaradıcılığı ilə yanaşı, Azərbaycan diasporunun inkişafında və ictimai-mədəni sahədə əzmkarlıqla göstərdiyi çoxşaxəli fəaliyyətidir. Sevindirici haldır ki, atamızın bu fəaliyyəti Azərbaycan Dövləti tərəfindən vaxtında və layiqincə qiymətləndirilib – cənab preziden İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

İlk baxışda çox kiçik görünən, amma bizim üçün böyük məna kəsb edən bir detal haqqında danışmaq istərdik: evimizdə hələ də divardan asılmış və uşaqlıqdan beynimizə həkk olunmuş bir fotoşəkil var. Rəsmdə Türkiyə Cümhuriyətinin prezidenti Süleyman Dəmirəl və bütün varlığıyla prezidentə diqqət kəsilmiş səliqəli geyimdə bir gənc – atamız Xaqani Qayıblı. Fəxrlə deyə bilərik ki, o gəncin Türkiyə Cümhuriyyətinin xarizmatik prezidenti Süleyman Dəmirəl və yenicə bağımsızlığını qazanmış Estoniya Respublikasının yetərincə kaloritli prezidenti Lennart Merinin tərcüməçisi kimi fəaliyyəti, həm özünün uğurlu karyerasında, həm də iki dövlət arasında qurulan münasibətin daha səmərəli inkişafında danılmaz böyük rolu olub və bunun müqabilində atamız Estoniya Hökuməti tərəfindən Estoniyanın fəxri vətəndaşlığı ilə mükafatlandırılıb. Atamızın yüksək statuslu insanlarla birgə çalışmasını, üstəlik gənc yaşda prezident tərcüməçisi olduğunu bilmək bir övlad üçün qürurverici duyğudan əlavə, həm də o övladın gələcəkdə öz həyat yolunu nizamlamasında mühüm rol oynayan məsuliyyət yüklü bir duyğudur.

Atamızın dil bilgisi haqqında ayrıca danışmağa ehtiyac duyuruq. Onun bu sahədə qeyri-adi bacarığı, kəsinliklə, yalnız peşəkar tərcüməçiliyi ilə kifayətlənmir. Atamızın bildiyi dillərin sayı iki əlin barmaqlarını çoxdan keçib. Onunn heyrətedici və bir mənada inanılmaz kimi görünən nailiyyətlərindən birisi də heç şübhəsiz, linqvistikada ən çətin dillərdən hesab olunan eston dilini cəmi bir neçə həftəyə öyrənməsidir. Sevinirik ki, atamız öz “poliqlot genlərini” bizə də ötürüb. Təhsil aldığımız illərdə hər birimiz bir neçə müxtəlif dil öyrənsək də, təhsildən kənar azərbaycan dilini öyrənməyimizdə genetik yaddaşımızın hər zaman oyaq qalmasında ən boyük fədakarlığı məhz atamız edib.

Oxucuları Xaqani Qayıblını hər şeydən öncə şair kimi tanısalar da, onun oratorluq – natiqliq məharəti ailəmizdə ən cox yadda qalan xüsusiyyətlərindən biridır. Hər dəfə ailə yığınacaqlarımızda atamız bizə özünəməxsus nitqiylə sadəcə dil öyrətməyib, eyni zamanda, həyatı dərk etməyin sirlərini öyrədib. Bayram günlərimiz, ailəmizdə fərqli əyləncələrlə, şirin təamlarla yanaşı, həm də atamızın uzun və mənalı danışıqları ilə yaddaşımızda qalıb. Atamızın sosyal-ictimai ağırlıqlı, eləcə də həyatın və elmin bir çox sahələrində heyranedici dərin bilgisi və axıcı danışığı, metaforalarla zəngin, əyləncəli lətifələrlə dolu hekayətləri bizim dünyagörüşümüzü formalaşdırıb. O, bu hekayətləri hər zaman düşündürücü, maraqlı, sadə bir şəkildə anladıb və sonunu faydalı bir həyat dərsi kimi bitirib.

Atamızın xarakterik davranışlarından əlavə, onun sadə görünən misralarının mürəkkəb duyğuları və dərin həqiqətləri təlqin etmə xüsusiyyəti bizi həm tərbiyə edib, həm də gələcəyə yönəlik xəyallar qurmağa ruhlandırıb. Bu gün əminliklə deyə bilərik ki, məhz bunun nəticəsi olaraq, hər birimiz yazmağı və daha çox insan ruhunun dərinliklərinə enməyə maraq göstərməyi sevirik.

Yazıları və heyranedici nitqiylə yanaşı, atamızın yaradıcılığının hüdudları sərhədsizdir. Hətta atamızın rəsm çəkmə və musiqi istedadı, xüsusən saz (bəzən də piano) ifa etmək bacarığı bəzi oxucuları təəccübləndirə bilər. Xoşbəxtik ki, evimizin divarlarında həmişə saz havaları əks-səda verib. Keçmişimizdən xoş bir xatirəni bölüşmək istərdik: uşaqlıqda hərdən-hərdən işıqlarımız  kəsiləndə, atamız o axşamı xoş fürsətə çevirərək bizi şam işığının ətrafına toplayıb, o qaranlığı mənalı və ecazkar şeirlərini oxuyaraq işıqlandırıb, bəzən də sadəcə sazını kökləyib gözəl aşıq havaları ifa edib. Məhz atamızın sayəsində bənzəri ənənə bizim ailə şənliklərimizin əziz və vazkeçilməz bir hissəsinə çevrilib – həmişə mahnılar, rəqslər və şeirlərlə dolu məqamlar bizim əhval-ruhiyyəmizi gözəlləşdirib.

Xaqani Qayıblı, bizim üçün atadan daha artıqdır – o, bizim həyatımızı öz dərin zəkası, aşırı sevgisi və sarsılmaz dəstəyi ilə işıqlandıran və bizə yol göstərən ulduzumuzdur. Onun xəyallarımıza olan inamı, istəklərimizi daha da qüvvətləndirib, bizə zəhmətkeşliyin və qətiyyətin gücünü öyrədib. Tərəddüd etdiyimiz vaxtlarda, atamızın bizə olan inamı məqsədlərimizə qorxmadan nail olmaq üçün cəsarət veririb. O, həmişə bizim seçimlərimizi dəstəkləyib. Daima bizə doğru-düzgün dəyərləri aşıladığına əsaslanaraq, öz seçimlərimizi etmək üçün bizə necə etibar etdiyini vurğulayıb. Görünür bu sərbəstliyin nəticəsidir ki, dördümüz də çox fərqli, ayrı-ayrı peşələrə yiyələnmişik – birimiz psixoloq, birimiz hüquşünas, birimiz antropoloq, birimiz də biznesin idarə olunması kimi sərbəst məslək sahibi olmuşuq.

 Hər zaman köklərimizə sadiq qalmağın, haradan gəldiyimizi və bizi biz edən dəyərləri xatırlamağın vacibliyini öyrədib atamız bizə. Beləcə, biz də bu dəyərləri həyat yollarımıza əsas prinsip kimi götürmüşük. Atamızın bizim üçün yaratdığı bütün imkanlara və verdiyi ölçüyəgəlməz mənəvi mirasa görə sonsuz minnətdarıq.

Əziz atamız, Vətənimizin sadəcə bəlli bir coğrafi sərhəd içində olmadığını, onun ailə bağlarının səmimiliyində və sarsılmazlığında mövcut olduğunu öyrətdiyin üçün; ana dilimizin ana südü kimi cnımıza-qanımıza hopmasında, idrakımızda formalaşmasında göstərdiyin fədəkarlığa görə çox sağ ol! Arzu edirik ki, bu yubiley yaşın yaşadığın, öyrəndiyin,  sevdiyin hər şeyin... özəlliklə, Səni xarakterizə edən müdrikliyin təntənəli bayramı olsun! 

Hələ qarşıda çox söyləyəcəyin hekayətlər, yazmalı olduğun şeirlər və yaşamalı oldugun gözəl məqamlar var. Qoy bundan sonra gələn illərin Səninin üçün yaşayacağın uzun və sağlam ömrün təməli, bizim üçün zəngin və böyük mənəvi mirasımızın davamı olsun!


60 yaşın mübarək, gözəl ata!


Səni dünyalar qədər sevən övladların

Şərifə, Aylin, Aybikə, Şərif-Turan








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031