KÖHNƏ VERSİYA            

Azərbaycan -Türkiyə: bölgədə təhlükəsizlik üçün ən böyük zəmanət!

Image

Azərbaycan - Türkiyə... Bu gün dünya birliyində bu iki qardaş ölkə arasındakı münasibətlərin bənzəri yoxdur. Şərqdən qərbə, Şimaldan Cənuba qədər bütün qitənin bildiyi tək həqiqət var: Azərbaycan və Türkiyə iki qardaş və strateji tərəfdaşdırlar. Dostlarımız da, düşmənlərimiz də bizim qardaşlığımızın qədim köklərə söykəndiyini yaxşı bilirlər.
 Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərindən sonra Prezident İlham Əliyevin 19 fevral tarixində ilk rəsmi səfərinin Ankaraya olması ölkələrimiz arasındakı tarixi bağları, müttəfiqliyimizi, həmçinin əlaqələrimizin inkişafının göstəricisidir. İki qardaş dövlət başçılarının fevralın 19-da qarşılıqlı görüşü zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər Azərbaycan-Türkiyə münasibətləri üçün  yeni səhifənin başlanğıcıdır. Artıq əlaqələrin ən müxtəlif sahələrdə konkret addımlarla genişləndirilməsi planlaşdırılır. Bunlardan biri də Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Memorandum imzalanıb. Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması iki ölkə arasında təhsil sahəsində yeni əməkdaşlığın əsasını qoyacaq. “Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.” Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla keçirdikləri birgə mətbuat konfransında səsləndirdiyi bu fikirlər təkcə münasibətlərimizin qardaşlığını göstərmir. Bu fikirlər həm də iki qardaş ölkənin Türk Birliyinin yaradılması istiqamətində çoxşaxəli fəaliyyətinin göstərcisidir.
 Azərbaycan və Türkiyənin bütün sahələrdə əlaqələrinin yüksələn xətlə inkişafı, ümumilikdə münasibətlərimizin dünyaya bir qardaşlıq nümunəsi olması dövlət başçısı İlham Əliyevin “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” fikirlərinin təqdimatıdır. O da danılmaz tarixi faktdır ki, Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  mətbuata bəyanatında xüsusi qeyd edib ki, Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük.

Müasir dünyada gedən proseslərin fonunda Azərbaycan ilə Türkiyə arasında, ilk növbədə, məhz hərbi-siyasi sahədə əməkdaşlığın dərinləşdirilməsi getdikcə öz əhəmiyyətini artırır. Təsadüfi deyil ki, dövlət başçılarının keçirdikləri geniş tərkibli görüş zamanı cənab Prezident İlham Əliyev hərbi sahədə və müdafiə sənayesi sahəsində əməkdaşlığın önəmini xüsusi vurğulayıb. Azərbaycan Prezidenti prezident seçkilərindən iki gün sonra şəxsən iştirak etdiyi ilk tədbirin də “Bayraktar Akıncı” PUA-sının təqdimatı olduğunu diqqət mərkəzinə gətirib. Bu fakt birbaşa Azərbaycanla Türkiyə arasındakı hərbi bağların da tarix boyu olduqca önəm daşıdığını bir daha diqqət mərkəzinə gətirir. Təsadüfi deyil ki, bu gün Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir və genişlənir. Təbii ki, Azərbaycan səmasında PUA-ların uçması ölkəmiz üçün yeni imkanlar yaradır. Amma ən əsası Türkiyə istehsalı olan PUA-lar düşmənlərimizə, Azərbaycanı gözü götürməyənlərə ən böyük göz dağıdır. Əlaqələrini artıq rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş iki qardaş ölkənin bilavasitə hərbi sahədə əməkdaşlıq əlaqələri xüsusi önəm kəsb edir. Azərbaycan Prezidentinin Türkiyə səfəri zamanı bəyan etdiyi kimi, bu gün Azərbaycan və Türkiyə orduları bir yumruq anlamına gəlib və hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir. Əlbəttə ki, bütün bunlar ölkələrimizin hərbi qüdrətinin artmasına xidmət edir.

Azərbaycan və Türkiyənin birgə tərəfdaşlıq əlaqələrinin inkişafına digər bir nümunə olaraq, “Şahdəniz-2” layihəsi haqqında danışmaq mümkündür. Bu layihə Xəzər qazını ilk dəfə olaraq Avropa qaz bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. “Şahdəniz-2” üzrə yekun investisiya qərarı isə uğurların, qətiyyətli praqmatik siyasətin davamı olaraq dünya enerji siyasi palitrasında çox mühüm fundamental sənəd kimi xarakterizə oluna bilər. Çünki bu qərar dünyanın transenerji strukturunun ən mühüm komponenti kimi yanacağın şaxələndirilməsinə yeni üfüqlər açır. Azərbaycanın və xarici neft-qaz kampaniyalarının qətiyyəti və siyasi iradəsi nəticəsində regionun geosiyasi-iqtisadi xəritəsini dəyişən, enerji tarixinə qızıl hərflərlə yazılan ən mühüm hadisənin baş verməsi ilə yanacağın çoxşaxəli diversifikasiyasının ana arteriyası işə düşmüş olur.

Bir xüsusi məqamı diqqətdə saxlayaq ki, Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün də başlıca şərtdir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bunun təcəssümüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir azərbaycanlını qürurlandırır, sevindirir.

Bir sözlə, Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir azərbaycanlını qürurlandırır, sevindirir. Bizim qardaşlığımız da, müttəfiqliyimiz də, birliyimiz də ƏBƏDİDİR! 

Mətləb Salahov

 

 








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031