Rus- fransız kəşfiyyatları açıq müharibəyə başladılar...
Parisdə olimpiya oyunları ərəfəsində gərginlik artmaqdadır.Fransanın Daxili Baş Təhlükəsizlik İdarəsi aşağı orqanlara " xidməti təlimat" göndərib.Təlimatda " rus agentlərinin" hər bir fəallaşmaq cəhdinin qeydə alınması tapşırılır.Qeyd edilir ki, onlar əsasən Fransa hökuməti ilə əhalinin arasında narazılığı gücləndirməyə çalışırlar .Təlimata görə, rus kəşfiyyatı Şərqi Avropanın əsasən rusdilli şıxslərini bu məqsədlə səfərbərliyə alıb.Təlimatçılar ötən ilin oktyabrında Qəzza müharibəsindən dərhal sonra Parisin küçələrinə " David ulduzunun " vurulmasını rus kəşfiyyatının işi kimi qələmə verir və hesab edilir ki, " David ulduzları" əməliyyatı rusdilli moldovanların işidir..
Nahid Salayev