"O Fransaya nifrət edir" - Fransız siyasətçi Makronun impiçmentini tələb edir
Fransa “Vətənpərvərlər” Partiyasının rəhbəri Florian Filippo hökuməti ölkə Prezidenti Emmanuel Makronun impiçment olunmasına çağırış edib. Partiya sədri bu barədə “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Makron Fransaya nifrət edir və onu üçüncü dünya müharibəsinə sürükləməyə çalışır: "Deputatların hərəkətə keçməsi üçün petisiya hazırlanmalıdır. Konstitusiyanın müharibə məsələsi üzrə səsverməni tələb edən 35 və 68-ci maddələr impiçmentini nəzərdə tutur".
Mətləb Salahov