Rusiyaya ŞOK: Yeni Zelandiya yeni sanksiyalar paketini açıqladı
Yeni Zelandiya hökuməti Rusiyanın 2022-ci ilin fevralından Ukraynaya qarşı davam edən hərbi əməliyyatlarına etiraz olaraq Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb. CGTN telekanalının məlumatında deyilir ki, yeni sanksiyalar neftin qiymətinə və bəzi məhsulların üçüncü ölkələr vasitəsilə Rusiya və Belarusa ixracına təsir edəcək. Məlumatda bildirilib ki, Yeni Zelandiya hökuməti Rusiyanın daha 61 fiziki və hüquqi şəxsini, o cümlədən sanksiyadan yayınan satınalma şəbəkələrində iştirak edənləri məhdudiyyətlər siyahısına salıb.
Qeyd edək ki, 2022-ci ilin mart ayından bəri Yeni Zelandiya Rusiyaya qarşı bir sıra ticarət tədbirləri ilə yanaşı, 1600-dən çox fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edib.
Mətləb