Bir gündə vətəndaşlardan 11 silah götürülüb - DİN-dən AÇIQLAMA
![Image](/uploads/posts/2024-02/1709183820_857415ad-a1ef-34b4-a858-8ee34f31d4b0_850.webp)
Fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 silah götürüb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, dünən 3 ədəd avtomat silahı, 1 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 460 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Mətləb