BMT TŞ-nin Qəzza toplantısında Rusiya və ABŞ nümayəndələri bir-birinə girdi...
Son beş ayda bir neçə dəfə atəşkəs təkliflərinin müzakirə edildiyi BMT TŞ-də Qəzza məsələsi yenidən gündəmə gəlib.
Qəzza zolağında aclıq və qida çatışmazlığının müzakirə olunduğu iclasda Rusiya və ABŞ nümayəndələri bir-birlərini sərt şəkildə ittiham ediblər. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia, Qərb ölkələrinin İsrailin Qəzzada aclıqdan silah kimi istifadə etməsinə icazə verdiyini söyləyib.
ABŞ-ın BMT TŞ-də bir çox atəşkəs təşəbbüslərinə veto qoyduğunu xatırladan Nebenzia, silahların susması ilə birlikdə göndərilən yardımın Qəzzada kütləvi aclığın qarşısını alacağını bildirib: "Vaşinqton bu gərginliyin görünməmiş mülki qurbanlarına görə tam məsuliyyəti daşıyır. Qurbanların sayı artıq 30 minə yaxındır və bu da ABŞ-ın Təhlükəsizlik Şurasında Qəzzaya veto qoymasının nəticəsidir ".
ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud isə Rusiya nümayəndəsinin sözlərinə cavab verərək bildirib ki, ukraynalılar hər gün vəhşi və barbar bombardmanlarla yanaşı, qətllərlə üzləşirlər.
Vasili Nebenzia da ABŞ diplomatına Qəzza və Ukraynanın müqayisə edilə bilməyəcəyini iddia edərək, Amerikanın İraq, Əfqanıstan və Suriyadakı hücumlarını xatırladıb.
TAHİR