KÖHNƏ VERSİYA            

Makron Kaledoniya xalqını "pandemiya referendumu" ilə necə aldatdı...

Image

Rauf Zeyni: “Kanak xalqı Fransanın pandemiya şəraitdən sui-istifadə edərək keçirdiyi referendumun nəticələrini ləğv etdirmək istəyində haqlıdır”

Fransanın paytaxtı Parisdəki “La Bourse du travail” Həmkarlar İttifaqı Mərkəzinin binasında Yeni Kaledoniyanın müstəqillik tərəfdarı olan kanak xalqının nümayəndəsi senator Rober Ksovinin, eləcə də Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) nümayəndə heyətinin iştirakı ilə “Kanak xalqı ilə həmrəylik toplantısı” adlı iclas keçirilib.

Mətbuatda gedən məlumata görə,  iclas iştirakçılarının ilk tələbi fevralın 21-də Yeni Kaledoniyada polislə nümayişçilər arasında baş vermiş toqquşma nəticəsində saxlanılan 5 fəalın azad edilməsi olub.

Tədbirdə çıxış edən kanakın müstəqillik tərəfdarları Fransa hökumətinin onların səsini eşitməsini istədiklərini qeyd ediblər. Onlar, həmçinin, kanak xalqına məxsus torpaqların müstəmləkəyə çevrilməsindən 170 il və FLNKS-ın yaranmasından 40 il sonra Fransa hökumətinin bu xalqın gələcəyini sual altında qoyaraq, Yeni Kaledoniyanın - kanakların institusional gələcəyinə dair iki qanun layihəsini birtərəfli şəkildə irəli sürməsinə etirazlarını bildirirlər.

2021-ci ildə keçirilmiş muxtariyyətlə bağlı üçüncü referendumun nəticələri yekdilliklə şübhə altına alınıb. Yeni Kaledoniyanın müstəqillik tərəfdarları həmin referendumu COVID dövründəki qapanma şəraiti ilə əlaqədar təxirə salınmasını istəsələr də, Fransa dövləti prosesin keçirilməsini məcburi qaydada qəbul etdirib və beləliklə, kanak xalqı bu referendumda iştirak edə bilməyib. Müstəqilliyin tərəfdarları bu referendumun nəticələrini tanımır və onun şərtlərinin qəbuledilməz olmasının Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınması üçün FLNKS tərəfindən şikayət hazırlanıb. Kanaklar bildirirlər ki, bu gün Fransa hökuməti “demokratiya” adı altında əyalət seçkilərini təxirə salmaq və seçki orqanında dəyişiklik etmək istəyir. Məqsəd 30 ildən çoxdur başlanılmış müstəmləkəsizləşdirmə prosesinə son qoymaq və kanak xalqının azlığa çevrilməsi ilə bağlı sübut edilmiş təcrübəni bərpa etməkdir. Bu, ərazinin yenidən müstəmləkəyə çevrilməsini və kanak xalqının milli azlıq olduğunu təşviq etmək üçün bir vasitədir. Dövlət bu iki qanun layihəsi ilə Numea Sazişini çox qısa müddət ərzində ləğv etmək istəyir. Fevralın 27-də əyalət seçkilərinin təxirə salınmasına dair dəyişiklikləri əks etdirən qanun layihəsi Senata, sonra Milli Assambleyaya təqdim ediləcək. Seçicilərin tərkibinin dəyişdirilməsi ilə bağlı ikinci qanun layihəsi isə mart ayından etibarən Senatda müzakirəyə çıxarılacaq. İyulun 1-dək müstəqillik tərəfdarları ilə heç bir saziş bağlanmazsa, hökumət Versal Konqresini çağırmaqla güc yoluna əl atmaq niyyətindədir.

Toplantı iştirakçıları kanak xalqı ilə həmrəylik nümayiş etdirərək onların hüquqlarına, o cümlədən tam suverenlik əldə etmək istəyinə hörmət bəslənilməsi üçün səfərbər olmağın vaxtının çatdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, 1984-1988-ci illərdəki toqquşmalardan sonra Fransa dövləti ilə bəzi şərtləri Konstitusiyada təsbit olunan kanak xalqı arasında kompromis 30 ildən çox davam edən dekolonizasiya və öz müqəddəratını təyinetmə prosesinin başlamasına imkan verib.

Bildirilib ki, hu gün hakimiyyət Numea Sazişinə son qoymaq üçün manevrlər edir. O, insanları 2022-ci ildə keçirilmiş üçüncü referendumun Fransanın tərkibində Yeni Kaledoniya üçün demokratik qərar qəbul etməyə imkan verdiyinə inandırmaq istəyir. Bu, müstəmləkə edilmiş xalqın öz ölkələrinin gələcəyi ilə bağlı qərar vermək kimi fundamental hüququna, habelə BMT-nin bununla bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymamaqdır. Eyni zamanda, COVID-dən sonrakı qeyri-münasib mühit səbəbindən kanakların referendumun təxirə salınmasını xahiş etmələrini görməzdən gəlməkdir.

Həmçinin qeyd edilib ki, Makron və onun hökuməti üçün “milli maraq” Yeni Kaledoniyanın qəti olaraq fransız olmasıdır. Onların nəzərində bu, Hind-Sakit Okean kimi tanınmış və getdikcə həlledici zonaya çevrilən regionda iqtisadi və strateji aktivliyi təmin edir. Hökumət bununla da neokolonial təkəbbürü və kanak xalqına hörmətsizliyi davam etdirməyə haqq qazandırır.

Tədbir iştirakçıları vurğulayıblar ki, Hind-Sakit Okean regionunda, habelə onun hüdudlarından kənarda dekolonizasiya prosesinin davam etdirilməsi və dərinləşməsi sosial bərabərsizliklərə qarşı, ölkənin inkişafı və sosial-demokratik tərəqqisi üçün mübarizənin prioritet istiqamətə çevrilməsinə səbəb olmalıdır. Eyni zamanda, Yeni Kaledoniyanın yenidən müstəmləkə olması təkliflərinin əvəzinə tərəfdaşlıq, müstəqillik təkliflərinə ciddi yanaşılmalıdır.

Diqqətə çatdırılıb ki, Fransada müstəmləkəçiliyi müdafiə edən, xalqların öz müqəddəratını təyinetmə hüququna qarşı çıxan qüvvələrlə çətin mübarizədə kanak xalqının ətrafında toplaşmaq, onunla həmrəy olmaq lazımdır.

Kanak xalqı 2021-ci ildə Fransanın onları aldatmaq niyyətilə keçirdikləri referendumun nəticələrini tanımırlar və beynəlxalq  məhkəməyə müraciət etdilər.  Fransa 2021-ci ildə Yeni Kaledoniyanın muxtariyyəti ilə bağlı referendum keçirib, halbuki  xalq tələb edib ki, referendumu keçirməyin, çünki pandemiyadır, pandemiya dövründə insanlar çölə çıxmır, seçki keçirmir. Lakin Fransa hökuməti pandemiyadan sui- istifadə edərək xalqın iştirakı olmadan bu referendumu keçirtdi. Beləliklə də, bu referendumun nəticələri kanak xalqının iştirakı olmadan ortaya qoyuldu. İndi  kanak xalqı beynəlxalq məhkəməyə müraciət edib ki,  bu araşdırılsın. Məqsədləri beynəlxalq məhkəmədə referendumun nəticələrini ləğv etdirməkdir. Bunun nə dərəcədə perspektivi var?  Kanak xalqı pandemiya şəraitində keçirilən və xalqın iradəsini ifadə etməyən referendumun nəticələrinin ləğvi tələbində nə dərəcədə haqlıdır? 

Ekspertlər qeyd edir ki, kanak xalqı birmənalı olaraq haqlıdır və onlar Beynəlxalq Məhkəmə vasitəsilə bu referendumun nəticələrinin ləğv olunmasına nail ola bilərlər. Çünki pandemiya şəraitində referendum kimi ciddi tədbir keçirilməsi düzgün deyildi, qanunsuz idi,  amma Fransa pandemiyadan sui-istifadə edərək kanak xalqının iradəsini ifadə etməyən referendum keçirib. 

“Beynəlxalq məhkəmələr də bunu nəzərə almalıdır” 

Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə şərhində “Əvvəla, Yeni Kaledoniya muxtariyyəti ilə bağlı keçirilən referendumun nətəcələrini kanak xalqı tanımır. Kanak xalqı Fransanın pandemiya şəraitdən sui-istifadə edərək keçirdiyi referendumun nəticələrini ləğv etdirmək istəyində haqlıdır. Onlar çox düz edib bu referendumun nəticələrini tanımırlar”-deyə bildirdi.  

R.Zeyninin sözlərinə görə, çünki belə ciddi tədbirin, referendumun pandemiya vaxtı keçirilməsi qeyri-ciddi bir vəziyyət yaradır: “Ona görə də kanak xalqı doğru olaraq Beynəlxalq Məhkəməyə müraciət edib və müstəqilliyi, azadlığı, hüquqları uğrunda mübarizə aparır. Düşünürəm ki, kanak xalqının haqqı var və bu haqların beynəlxalq hüquqda da təsbit olunması göz qabağındadır. Onlar da o hüquqlardan istifadə edərək özlərinin referendumunu keçirmək istəyirlər, bundan irəli gələrək də Yeni Kalendoniyanı elan etmək istəyirlər. Hesab edirəm ki, Fransa hökuməti haqsız olaraq Yeni Kalendoniyanın hüquqlarını məhdudlaşdırır, saxtalaşdırır, haqqını danır. Bundan irəli gələrək  qondarma, saxta bir referendum keçirərək və onun nəticələrini dünyaya elan edərək Yeni Kalendoniyanın, kanak xalqının hüquqlarını    tapdalayır. Bu baxımdan, əlbəttə ki, bundan nəticə çıxararaq Fransa hökumətinin ədalətsiz olduğunu demək mümkündür. Bundan irəli gələrək, təbii, beynəlxalq məhkəmələr də bunu nəzərə almalıdır”.

R.Zeyni əlavə etdi ki, Fransa öz əlindəki vasitələrdən istifadə edərək bu qondarma referendumu keçirməklə həm kanak xalqını, həm də dünyanı aldadıb, amma artıq onun bu qanunsuz addımları ifşa olunub. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031