Xankəndidə Aznavurun heykəli, Frankofoniya mərkəzi separatizm rəmzləridir...
Əli Mustafa: “Cinayətkarların heykəllərinin bizim torpağımızda olmağa nə haqqı, nə ixtiyarı var...”
Erməni mediası yazır ki, Azərbaycan rəhbərliyi Şarl Aznavurun 2022-ci ildə anadan olmasının 100 illiyi münasibətilə ucaldılmış və Xankəndidəki Paul Eluard Frankofoniya Mərkəzinin yanında yerləşən abidəsini söküb.
Bu barədə qondarma “Artsax Mədəni İrsin Qorunması üzrə Dövlət Şurası” adlı qondarma bir qurum məlumat yayıb:
“Aşağıdakı fotoşəkillər Çarlz Aznavurun abidəsini və bu ayın yanvarında eyni yeri göstərir. Biz fərqli mənzərəni görürük”.
Əvvəla, Aznavurun heykəli hələ sökülməyib. İkincisi, daim Qarabağdakı erməni separatizmini dəstəkləyən bir adamın heykəli niyə bizim tarixi şəhərimizdə olmalıdır? Frankofoniya adlı bir mərkəz isə hər zaman Azərbaycan əleyhinə fəaliyyət göstəribsə, onun da izləri birdəfəlik silinməlidir. Bu barədə ekspertlər nə düşünür?
Müstəqil siyasətçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onların belə iddialara düşməsi təsadüfi deyil: “Biz son 30 ildə Azərbaycana qarşı aparılan soyqırım, genosid siyasətini yetərincə ifşa etmədiyimizə, erməni faşizmini dünyanın mühakiməsinə çıxarmadığımıza, Azərbaycana qarşı edilən bu qədər cinayəti ört-basdır etdiyimizə görə bu gün onların atdığı addımlar təbiidir. Onlar ifşa olunmadıqları üçün bu addımları atırlar. Ermənilər hər dəqiqə bizi məhkəmələrə verirlər, ancaq biz onları bir dəfə yox, min dəfə beynəlxalq məhkəmələrə verməli, süründürməli idik. Bu məsələlər öz həllini tapmalıdır. Mütləq Azərbaycan höküməti məhkəmələrlə işləməlidir. Bu məhkəmələr Azərbaycan xalqını tutmaq, asıb-kəsmək üçün deyil. Erməni cinayətkarları mühakimə etməlidir. Biz ermənilərə qarşı belə susduqca, haqlı olduğumuz halda onları məhkəmələrə vermədikcə, ifşa etmədikcə, onlar da belə hücumlar edəcəklər. Ümumiyyətlə, erməni xalqının keçmişinə baxsaq, orda terrordan başqa heç nə yoxdur. Onların bütün böyük insanları, hətta keşiş belə terrorun nümayəndələri, ideya liderləridir. Biz susmalalıyıq, haqqımızı tələb etməliyik. Bugündən başlayaraq, yeni bir ədliyyə nazirliyi, məhkəmə sistemi, dövlətə işləyən böyük bir hüquq şirkəti qurulmalıdır və bütün bu məsələlər, Azərbaycana qarşı işlənən cinayətlər incələnməlidir. İlk növbədə onları dünyanın gözündə ifşa etmək və mənəvi nüfuzlarını məhv etmək lazımdır. Dünyaya ermənini tanıdandan sonra heykəlini də sökmək zərurət olacaq. Qısası, mən hesab edirəm ki, ermənilərin bu gün etdikləri həyasızlıqdan başqa bir şey deyil. Sadəcə, onların cinayətini açıb dünyanın gözünə soxmaq və cəzalandırmaq lazımdır. Bütün bu fəaliyyətlərin də hamısını qərarlara bağlamaq lazımdır. Cinayətkarların heykəllərinin bizim torpağımızda olmağa nə haqqı, nə ixtiyarı var”.
Məhəmmədəli QƏRİBLİ