Dünya nə günə qalıb ki, Qəzzanın ac insanlarına təyyarələrdən çörək atılır...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində dünya düzəni barədə fikirlərini paylaşıb.
A.Quliyev daha sonra yazır:
"Küllər olsun dünyanın indiki düzəninin başına. Görün dünya nə günə qalıb ki, acından ölmək üzrə olan Qəzzaya göydən təyyarələrlə ərzaq tökürlər, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri havadan milyonlarla sıravi insanlara çörək atırlar. Sanki heç bir qüvvənin İsrailə gücü çatmır, İsraili mühasirədən əl çəkməyə məcbur edə və Qəzzadakı aclığın qarşısını ala bilmirlər. Amerika İsraildən Qəzzaya yardım üçün dəhliz açılmasını tələb edir, İsrail baxmır. Beynəlxalq Ədalət Məhkəməsi qərar çıxardır, İsrail yenə baxmır, BMT Baş katibi Qəzzanın genosidə doğru itələndiyini deyir, İsrail yenə öz işindədir...Guya bunların heç birinin İsrailə təsir imkanları yoxdur?? Xeyr, var. İstəsələr milyonlarla insanı aclığa məhkum etmiş bu təcavüzü dayandıra bilərlər. Ancaq mənafeləri, ikili standart siyasətləri buna imkan vermir. Fələstin ərəblərini tam məhv olmağın bir addımlığına çatana qədər sıxacaqlar, yalnız bundan sonra əllərini atıb onları yerdən qaldıracaqlar və deyəcəklər ki, "biz deyəni eşidin"...
"İnsan haqları, demokratiya,vətəndaş mənafeləri" kimi gurultulu şüarlara uyaraq Qərbə göz dikən bütün ölkələrin milli fəalları bunu heç vaxt unutmasınlar. Hər bir ölkənin , hər bir millətin " günəşi onun özündən doğur ,Parisdən, Vaşinqtondan, Brüsseldən, Londondan , Moskvadan yox"...
Mətləb