"De-yure olaraq da bunu edəcəyik" - Paşinyandan KTMT açıqlaması
Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki fəaliyyətini de-yure də dayandıra bilər. O, İrəvanın qurum daxilindəki fəaliyyətinin faktiki olaraq dondurulduğunu diqqətə çatdırıb: “Əgər məsələlər həllini tapmasa, de-yure olaraq da bunu edəcəyik”.
Mətləb Salahov