Berlində Azərbaycan və Ermənistan XİN başçılarının müzakirələri bu gün davam edəcək... - FOTO/YENİLƏNDİ
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müzakirələri sabah davam edəcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, fevralın 28-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundu başlayıb.
Almaniya xarici işlər nazirinin iştirakı ilə Berlində keçirilən üçtərəfli görüşdən sonra danışıqlar davam etdirilib.
XXX
Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın görüşü Almaniya XİN rəhbəri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam edir.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
XXX
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb.
Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.