Kəlbəcərdə yeni məktəb binası tikilir - Təhsil Nazirliyi açıqladı
Kəlbəcərdə ən müasir standartlara uyğun yeni məktəb binası tikilir. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir.
Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.
Mətləb Salahov