Yaponlara ŞOK: doğum səviyyəsi tarixi minimuma enib...
Yaponiyada hər il doğulan uşaqların sayı ardıcıl olaraq səkkizinci ildir azalır. Gündoğar ölkə mediasının yazdığına görə, ötən il ölkədə doğum səviyyəsi tarixi minimuma enib.
Belə ki, doğum nisbəti 2022-ci illə müqayisədə 5,1 faiz azalaraq 758 631, nikahların sayı isə 5,9 faiz azalaraq 489 281 olub. Doxsan il ərzində ilk dəfə bu rəqəm 500 mindən aşağı düşüb ki, bu da əhalinin getdikcə daha da azalacağından xəbər verir. Çünki Yaponiyada nikahdankənar doğuşların sayı azdır.
Mətləb