KÖHNƏ VERSİYA            

Türkiyəyə qarşı bolşevik təxribatı: “Ərzincan Sovet Respublikası” (1916-1921)

Image

Ön söz

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və ayaqda qalmasında qardaş Türkiyənin mühüm rolu danılmazdır. Lakin hələ də əksəriyyət bilmir ki, 1918-ci ilin iyununda  Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gələn Osmanlı Türkiyəsinin digər problemləri ilə yanaşı, qoynunda qara yara olan, “Ərzincan Şurası” və ya “Ərzincan Sovet Respublikası” kimi saxta, qondarma erməni-bolşevik qurumu olmuşdur. 

Azərbaycan tarixşünaslığında diqqətdən kənarda qalmış mövzulardan biri də məhz “Ərzincan Sovet Respublikası (1916-1921)” mövzusudur. Fikrimizcə müasir dövrdə Osmanlı Türkiyəsində və Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci ildə baş vermiş hadisələrə münasibət bilirərkən mütləq o dövrün reallılarını nəzərə almaq lazımdır. Yalnız Osmanlı Türkiyəsinin yardımı ilə öz varlığını qoruyub saxlamağa ümid edən Cümhuriyyətimizin qurucu babaları, qardaş ölkənin də çətin durumunu nəzərə almağa borclu, hətta buna məhkum idilər. Qardaş ölkəni parçalıb, dağıtmaq və Türkiyə dövlətçiliyinin varlığına son qoymaq istəyən dünyaynın o zamanki aparıcı dövlətləri, bu gün olduğu kimi 1914 – 1923-cü illərdə  də ermən kartından məharətlə istifadə edirdilər. “Ərzincan Sovet Respublikası” da ermənilərin  uzun illər çörəyini yeyib, suyunu işdiyi öz vətənləri olan Türkiyəyə arxadan xain zərbəsindən başqa bir şey deyildi.

1918-ci ildə qardaş Türkiyədə, cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən hadisələrə obyektif münasibət bildirmək üçün fikrimizcə dərin araşdırmaların aparılmasına ehtiyac var. Bunun üçün ən azı  I dünya müharibəsi dövründə Qafqazda və ona yaxın ərazilərdə baş vermiş hadisələrin  dərin təhlili aparılmalıdır.  Fikrimizcə bu   hadisələrin obyektiv təhlili aparılmadan onlara hər hansı münasibət bildirmək qeyri-ciddi yanaşmadan başqa bir şey deyildir.

Bəşəriyyətə faciələr yaşatmış bolşevizm və onun ideoloqları 1917-ci ilin oktyabr çevrilişindən sonra digər ölkələrə qarşı “sosialist inqilabı”, “proletar beynəlmiləlçiliyi” pərdəsi altında işğallar, təcavüzkar siyasət həyata keçirmiş və öz oyuncaq rejimlərini yaratmışlar. Bunlara misal olaraq, 1919-cu ilin fevral-may aylarında mövcud olmuş Bavariya Sovet Respublikasını, Azərbaycan Xalq Cümhuriyyətinə arxadan zərbə vurmaq üçün yaradılmış, qondarma Muğan sovet Respublikası (15may-23 iyun 1919), Gilan Sovet Sosialist Respublikası və ya İran Sovet Sosialist Respublikası (iyun1920- sentyabr 1921), XI ordunun işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətini devirməsində sonra yaradılan Azərbaycan Sovet Sosialist Respublikası (27 may 1920- 18 oktyabr 1991) və s. göstərmək olar. Buraya keçmiş SSRİ-nin tərkibinə qatılmış respublikaları,Varşava müqaviləsinə daxil edilmiş ölkələri, 1979-cu ildə işğala məruz qalmış Əfqanıstanı və bu siyasətin qurbanına çevrilmiş   digər ölkələr də daxil etmək olar. 

Tarixi faktlar sübut edir ki, Rusiya XX əsrin əvvələrindəki ictimai-siyasi vəziyyətdən sui-istifadə edərək qardaş Türkiyəyə qarşı daim təxribatlar törətmişlər. “Ərzincan Sovet Respublikası”nın bu təxribatın demək olar ki, başlanğıcı olmuşdur. Sonradan Türkiyə və Sovet Rusiyasının eyni düşmənə, Antantaya qarşı mübarizə aparması onların yaxınlaşmasına səbəb olmuşdur. Bundan sui-istifadə edərək Bolşeviklər Türkiyə milli-azadlıq hərəkatının yönün dəyişmək, Türkiyəni sovetləşdirməklə öz təsiri altına salmağa çalışırdı. Bakıda 1920-ci ilin sentyabrında keşirilmiş Şərq xalqlarının qurultayında Türkiyənin nüfuzlu nümayəndə heyətinin iştirakına şəraitin yaradılması da bu məqsədə xidmət edirdi. Aprel işğalından az sonra Bakıda I Şərq xalqları qurultayının keçirilməsində də əsas məqsəd şərq xalqlarını bolşeviklərin vədlərinə olan inamını artırmaq və inqilabı şərq ölkələrinə ixrac etmək  üçün  sovet Azərbaycanından dayaq nöqtəsi kimi istifadə etmək idi. 

1920-ci il sentyabrın 1-7-də keçirilmiş qurultaya 1891 nümayəndə - Qafqaz, Orta Asiya, Əfqanıstan, Misir, Hindistan, Çin, Koreya, Suriya, Türkiyə, Yaponiya və digər ölkələrdən 37 millətin nümayəndəsi gəlmişdi. Nümayəndələrin 55 nəfəri qadın idi. Şərq xalqlarının birinci qurultayı aşağıdakı məsələləri müzakirə etdi: beynəlxalq vəziyyət və şərqin zəhmətkeş kütlələrinin vəzifələri, milli məsələ, müstəmləkə məsələsi, aqrar məsələ, şərq ölkələrində sovet quruculuğu haqqında və s.

Bolşeviklər Türkiyənin sovetləşməsinə razı olmayacağı təqdirdə Mustafa Kamal Paşanın digər rəhbərlə, Şərq Xalqları qurultayında iştirak etmiş Ənvər paşa ilə əvəz etməyi də planlaşdırmışdılar. Lakin Mustafa Kamal Paşanın uzaqgörən siyasəti nəticəsində Sover Rusiyasının bu məkirli niyyəyi baş tutmadı.

Bəşəriyyətə faciələr yaşatmış sovet sisetimim XX əsrin 90-cı illərində dağılması bu sitemin yararsız olduğunu və böyük Atatürkün uzaq görən siyasətçi olduğunu bir daha sübut etdi.

Rus işğalı nəticəsində Ərzincan Sovet Respublikasının yaranması 

Ərzincanda sonradan baş verən hadisələrin əsası demək olar ki, San-Stefano (1878 ) və Berlində (1878) müqavilələri ilə qoyulub. Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanl dövləti ilə 24 aprel 1877-ci ildə növbəti müharibəyə başladı və müharibə Osmanlının məğlubiyyəti ilə nəticələndi. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilərin də yaşadığı Qars, Ərdəhan və s. bölgələrini ələ keçirdi. 

Lakin Qərbi Avropa ölkələrinin bu müqavilənin şərtlərindən narazı qalması nəticəsində bu müqavilə öz qüvvəsini itirmiş və Osmanlı, Rusiya, Böyük Britaniya, Alman, Avstriya-Macarıstan, İtaliya krallığı və Fransa arasında 13 iyul 1878-ci ildı Berlində yeni müqavilə imzalandı. Müqaviləyə görə Qars, Batum, Artvin və Ərdahan sancaqlıqları Rusiyaya verildi. Bundan başqa Osmalı dövləti Balkanlarda, şərqi Avropada, Yunanıstana yaxın ərazilərdə böyük torpaq itkisinə məruz qaldı. Kipir isə İngiltərəyə icarəyə verildi.

Müqaviləyə görə Osmanlı dövləti Vilayət-i Sittə adlanan Şərqi Anadoludakı bölgələrdə və Manastr əyalətində ermənilər lehinə islahatlar aparmalı idi. Ancaq qanunlara görə ermənilərin sayları bəs etmədiyi üçün ayrıca bəylik qura bilmədilər. Bu iki maddə həyata keçirilmədi. 

Ərzicanın rus qoşunlarının əlinə keçməsinin əsası Sarıqamış   faciəsi ilə qoyulmuşdur. I Dünya müharibəsinin gedişində 1914-cü il dekabrın 21-də Şərq cəbhəsində, yənu Rus-Türk cəbhəsində əməliyyatlara  başlanıldı. 125 minə yaxın əsgər və zabitdən ibarət isti paltarsız, təminatsız, zəif silahlanmış Osmanlı ordusu dekabrın 22-də şaxtalı dağlara doğru hərəkətə başlayır. Düzgün hesablanmamaış bu səhv planına görə, 9-cu ordu Sarıqamış dağlarını, 10-cu ordu isə Allahuəkbər dağlarını aşaraq rusları Sarıqamışda mühasirəyə almalı idi. Lakin ordu rəhbərliyinin səhvi üzündə  18 yanvar 1915-ci il tarixdə Sarıqamışa doğru hərəkət edən 90 mindən çox əsgər soyuqdan donaraq həlak oldu. Bundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Mus rus ordusu və erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Sarıqamış məğlubiyyətindən sonra Anadolunun şərqində Ermənistanın və Kürdüstanın qurulması planlaşdırıldı. 

Ərzincanda sovet hakimiyyətinin başlanğıcının 1916-cı il göstərilməsinə bir qədər aydınlıq gətirilməsinə ehtiyac var. Bildiyimiz kimi proletariat diktaturasının bir forması olan sovetlər 1905-ci ildə I Rus inqilabı zamanı formalaşmışdır. 25 iyul 1916-cı ildə çar Rusiyası qoşunlarının Ərzincanı işğal etməsi ilə buradakı erməni və rusların arasında bolşevik təbliğatı ilə Ərzincan Şurasının əsası qoyulmuşdur. Lakin bu qurum  Peterburqda bolşeviklərin çevrilişdən (7 noyabr (25 oktyabr) 1917-ci il) və Ərzincan müqaviləsindən ( 5 (18) dekabr 1917-ci il) sonra formalaşmışdır.

Birinci Dünya müharibəsinin gedişində Osmanlı dövlətinin səfərbərlik elan etməsi ilə Ərzincan və ətrafında yaşayan ermənilərin dördə üçün rusların tərəfinə keçməsi vəziyyəti daha da ağırlaşdırmışdı. Ərzincan 25 iyul 1916-cı ildə işğal olunan kimi rus əsgərləri erməniləri komitəsinin üzvləri ilə birlikdə yerli əhaliyə qarşı dəhşətli soyqırım və kütləvi soyğunçuluq həyata keçirmişlər. 

Polkovnik Tverdohlebov rus ordu komandanlığından və zabitlərindən aldığı məlumata görə işğalın ilk günləri 800-ə yaxın türk qətlə yetirilmiş, qarşıdurmada yalnız bir ermənin ölmüşdü. 

Rusiyanın paytaxtı Peterburqda bolşeviklərin çevriliş (25 oktyabr (7 noyabr) 1917) nəticəsində müvəqqəti höküməti devirib, hakimiyyəti ələ aldıqdan sonra elan etdikləri “Sülh haqqında” dekretlə (26 oktyabr (8 noyabr)1917)  müharibədən çıxmaq üçün “Üçlər ittifaqına” daxil olan ölkələrlə danışıqlara başladılar. Rusiya  ilə Türkiyə arasında danışıqlarda Rusiya tərəfdən bolşeviklərin deyil, hakimiyyətdən devrilmiş müvəqqəti hökümətin səlahiyyətli qurumu olan “Cənubi Qafqaz komissarlığı”nın nümayəndələrinin iştirak etməsi qarşı tərəfdə bəzi məsələləri aydınlaşdırmaq zərurəti yaradırdı. Hərbi nazir Ənvər paşa Vehib paşaya  Zaqafqaziya komissarlığı ilə müqavilə bağlamağın mümkünlüyünü öyrənməyi tapşırıb. Peterbueq cavabında bildirmişdi ki, biz Rusiyanın mövcud qurumlarına sülüh danışıqlarına qatılmağı təklif edirik. Bu vaxt bolşeviklər Brestdə Almaniya, Osmanlı və digər ölkələrlə danışıq apardığından və müharibədən çıxmaq istədiyindən bu danışıqlara mane olmadı.

26 noyabr 1917-ci ildə rus nümayəndələri cəbhəni keçərək, Alman Ali  Baş Komandanlığına müraciət etdilər. Rusların sülh tələbləri alman Şərq  cəbhəsi komandanlığı tərəfindən qəbul olundu. Bu məqsədlə “Üçlər ittifaqı” nümayəndələri ilə rus nümayəndələri Brest-Litovsk şəhərində qarşılıqlı razılığa gələrək 2 (15) dekabrda atəşkəs haqqında ümumi bir müqavilə imzaladılar və sülh danışıqlarına başlamağı qərara aldılar.

“Cənubi Qafqaz komissarlığı”nın qərarı ilə Rus ordusunun baş komandanı general Perjivalski III Ordu komandiri Vehib paşa danışıqlara hazır olduqlarını və müzakirə aparmaq üçün hər iki tərəfin iştirakı ilə komissiya təşkil etməyi irəli sürdü. Müxtəlif yazışmalardan sonra tərkibi müəyyənləşən Osmanlı və rus nümayəndələri rusların işğalı altında olan Ərzincan şəhərinə gəldilər. 5(18) dekabr 1917-ci il tarixdə 14 maddəlik bir atəşkəs müqaviləsi imzalandı.

Müqavilənin şərtlərinə uyğun olaraq rus qoşunları 3 ay müddətinə işğal etdiyi ərazilərdən çıxarılması nəzərdə tutulurdu. Müqaviləyə əsasən  ruslar işğal olunmuş əraziləri tərk etdikdən sonra Osmanlı ordusu da bu əraziyə müdaxilə etməyəcəkdi. Rusiya və Osmanlı dövlətlərinin qarantiyası ilə Ərzincan əhalisi seçki yolu ilə öz müqəddaratını təyin edəcəkdi. Fikrimizcə Ərzincan Sovet Respublikasının yaranması tarixi 1916-cı ildən göstərlsə də, burada sovet reyimi  məhz Ərzincan müqaviləsindən sonra formalaşmışdır. 

Bu dövürdə Balkanda və İraqda müharibəni davam etdirən Osmanlı dövləti  bu şərtləri qəbul etməyə məcbur oldu. Lakin Ənvər paşanın əmisi Xəlil paşa bunun kağız üzərində qalacağını və bu ərazilərin Türkiyəyə qayıdacağını bəyan etmişdi.

Rus qoşunları Ərzincan və ətraf ərazilərindən çıxarkən 200 min tüfəngi və sürsatı Ərzincan Sovet Respublikasına təhvil verdilər. Bunun nəticəsi olaraq tezliklə 3000 nəfərlik ordu, 500 nəfərlik milis təşkil edildi.Rus qoşunlarının bölgəni tərk etdikdən sonra Sovetlərə nəzarətin erməni Muradov paşa keçməsindən türk əhali narazı idi.  

Osmanlı dövləti rusların bu hərəkətindən narazı qalsa da müdaxilə edə bilmirdi. Türkiyə ehtiyat edirdi ki, erməninin rəhbərlik etdiyi  Ərzincan Sovet Respublikası sonradan cənubi Qafqazda olan ermənilərlə birləşərək  Türkiyə torpaqları işğal edər.

Bundan sonra Əzincanda bütün hökümət binalarına sovet bayraqları taxılaraq Ərzincan Sovet Respublikası qurulduğu rəsmi şəkildə elan olundu. Ərzincan şurasının ərazisi Ərzurum, Otlukbeli, Tercan, Kemah, Refehiye, Kemaliye, Çayırlı, Üzümlü, İliç, Bayburd, Dersin torpaqlarını əhatə edirdi. Paytaxt 1916-1918-ci illərdə Ərzincan, 1918-1921-ci illərdə isə Yeşilyazı şəhəri olub. 

Dersimdə olan Rus ordusu “Qırmızı mühafizlər” dəstəsi olaraq yenidən formalaşdırıldı. “Qırmızı mühafizlər” dəstəsinin əsas təşkilatçsı olan Arşak Calalyan bölgədə olan Türk, Erməni və Kürt xalqlarının “təmsilşiliyi” ilə bir toplantı təşkil etdi. Erməniləri Muradov, Kürtləri Alişer və Alişan bəy, Türkləri isə Ərzincan müftisinin təmsil etdikləri bu toplantıda Ərzincan Soveti yaradıldı.

Ərzincan Sovet Respublikasını  Ərzincan, Erzurum, Bayburt ve Dersi bölgələrindən toplanmış 25 nəfərdən (erməni mənbələri 75 nəfər olduğunu bildirir) ibarət olan Şura idarə edirdi. Şuraya isə ilk vaxtlar erməni Arşak Calalyanın, sonradan isə digər erməni Muradov paşa rəhbərlik etmişdi.  Qurumun rəsmi dili kimi erməni, kürd, türk dilləri elan olunsa da, əsasən erməni dilindən istifadə olunurdu. Əhalini öz tərəflərinə çəkmək üçün ilk vaxtlar Rusiyada olduğu kimi kəndlilərə torpaq verməyə başladılar. Fikrimizcə bu qurum qalsaydı Rusiyada olduğu kimi sonradan torpaqlar kəndlilərdən alınıb kommuna və ya kolxozlar yaradılaaraq kəndliləri torpağa həsrət qoymaqla yanaşı, dolayı yolla istismar edəcəkdilər. Hələlik isə kəndlilərdən toplanan vergilər   Osmanlıya deyil, bolşevik Rusiyasına verilirdi. 

Vehip paşanın əldə etdiyi məlumata görə Ərzincan müqaviləsindən sonra ermənilər düşmənçiliyi davam etdirmək fikrində idilər. Gürcülər Pozof və Adigön, ermənilər isə Ərzincan-Ərzurum-Kars- Ərdahan istiqamətində Osmanlı dövlətinin əleyhinə faəliyyətə başlamışdılar. Qərbi Tuncelidən Alişan bəy iki nümayəndə və 8 min əsgərlə Ərzincana gələrkə sovet ordusu və ermənilər onları hərbi qaydada təntənə ilə qarşıladılar. Bu zaman Türklərin 5 nəfərlik nümayəndələri bu qarşılanma törəninə qatılmadılar. Bu qarşılanma tərənində erməni Muradov paşa Rus kommunistləri kimi populistcəsinə çıxış edərək demişdir: “ Türklər,Kürtlər və Ermənilər qardaşdır. Bizim bir-birimizə qırdıran imperialistlər və onları yerli havadarlarıdır...Bizim Sultanlara ehtiyacımız yoxdur. Rus fəhlələri çarı devirib öz hakimiyyətlərini qurublar, biz də birləşərək öz hakimiyyətimizi qurmalıyıq. Lenin və ordusu bizi dəstəkləyir”

Belə bir vəziyyətdə Osmanlı dövləti torpaqları geri almaq üçün fürsət gösləyir, Ərzincan bolşevikləri isə ərazisini genişləndirmək istəyilə təbliğatını genişləndirirdi. Osmanlı dövlətinin antikommunist təbliğatı gücləndirməsi  Ərzincan Şura rəhbərlərini narahat etdiyindən kömək üçün Rusiyaya müraciət etdilər. Bu zaman Cənubi Qafqaz Seymindən ayrılaraq yaranmış üç respublikadan bir olan Ermənstan Respublikasının bolşeviklərə düşmən mövqe tutması, Rusiyanın daxilində vətəndaş müharibəsinin getməsi Rusiyanın Ərzincan Sovet Respublikasına kömək etməyə imkan vermirdi. Digər tərəfdən sovet Rusiyası ehtiyat edirdi ki,  müdaxilə edərdisə bu Osmanlı tərəfindən işğal kimi dəyərləndirilər bilərdi. Əsas maliyyə ehtiyatını vətəndaş müharibəsinə sərf edən bolşevik Rusiyasının maliyyə yardımı edə bilməməsi, özünün isə maliyyə imkanı olmadığından  Ərzincan şura höküməti böhran keçirməyə başladı. Vəziyyətin get-gedə ağırlaşması əhali arasında narazılıq gücləndirirdi. Ərzincan şurasının türk əhalisinin yenidən Osmanlıya birləşmək istəməsi daxildən parçalanmaya səbəb oldu.

1919-cu ildə “Qırmızı mühafizlər” Ərzincandan köçdükdən sonra Türk nümayəndə heyəti İstambul hökümətinə bağlı olduqlarını açıqladılar və azlıq təşkil etmələrinə baxmayaraq Şura adından 9 Osmanlı Ordusunu bölgəyə dəvət etdilər. Sovetləri məğlub etmə kampaniyası Tünceli nümayəndələrinin Osmanlı tərəfinə çəkmək işi ilə paralel aparılırdı. Osmanlı höküməti adından danışıqları Azadi dəstəsinin səlahiyyətli nümayəndəsi minbaşı Cıbranlı Halit bəy aparırdı. Lakin danışıqlar heç bir nəticə vermədi. Ərzincan hökümətindəki Tünceli nümayəndələri, bir neçə erməni nümayəndələri və Həsən Vəfa bəy Sovet hökümətinin mərkəzini Ovacıq, Yeşilyazıya köçürməyi qərar aldılar.Yaşılyazıyı dağlıq ərazi olduğundan Osmanlı qoşunu bura girməsi asan olmayacaqdı. Buna görə də Şuranın başında duran erməni Muradov paşa mərkzi Yaşılyazıyı köçürdü. Bu dövrdə yalnız Ovacık ərazisində kommunistlər üstünlüyə malik idilər.

1919-cu ilin martında Sivasda hücuma keçən türk qoşunları Əzincan və ətrafını azad edib, Osmanlı ərazisinə qatdı. Yaşılyazıya hücuma keçən qüvvələr isə kürd əşirət qüvvələrinin düşmənə yardım etdiyindən oranı tuta bilmədi. 

19 may 1919-cu ildə 9-cu ordunun komandanı Müstafa Kamal paşanın  Samsuna göndərilməsinin bir səbəbi də həmin ərazidəki vəziyyəti öyrənib,  Osmanlı rəhbərliyinə məlumat vermək idi.O, mərkəzə məlumat verərək Yaşılyazıyı daha güclü qüvvələrin göndərilməsinin vacib olduğunu bildirdi.

Lakin Mustafa Kamal paşanın Samsunda milli-azadlıq hərəkatına başlaması Yaşılyazının bir müddət kənarda qalmasına səbəb oldu. 1921-ci ilə qədər fəaliyyət gösrərn Yaşılyazı Şura qurumu ölkənin azadlıq mücadiləsinə düşmən olduğundan bu mücadiləyə heç bir yardım etmədi. 1921-ci ilin sonlarında Milli azadlıq mübarizləri Dersin ərazisinə gələrək Yaşılyazıyı hücuma keçdilər. Başda Koşkiyə əşirətləri olmaqla kürd əşirətləri  müqavimət göstərsələr də məqlubiyyətə uğradılar. Bununla da bolşeviklərin təxribatı olan Ərzincan Sovet Respublikası tamamilə məğlub oldu və əhatə etdiyi ərazilər Türkiyəyə qaytarıldı. Qəhrəman türk ordusu öz şücaəti nəticəsində vətənin qoynunda qara yara olan bu qondarma qurumun varlığına son qoymaqla ölkəsini kommunist ideologiyasının yaradacağı faciələrdən xilas etdi.

Məhərrəm ZÜLFÜQARLI
t.ü.e.d, professor  
[email protected]







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031