KÖHNƏ VERSİYA            

Putinin qırmızı xətti kəsildi - Paşinyanla Zelenski bir oldu...

Image

Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana ehtimal edilən səfəri ilə bağlı ötən həftə ilk dəfə yayılan məlumat artıq təsdiqlənir. Ermənistan hökumətindəki diplomatik mənbə “Azatutyun” radiosuna açıqlamasında faktı təsdiq edib. “Azatutyun”un həmsöhbəti iddia edir ki, Zelenskinin Ermənistana səfəri martın 4-də baş tutacaq.

Rəsmi olaraq Ermənistan Xarici İşlər Nazirliyi Ukrayna prezidentinin səfəri ilə bağlı məlumatı şərh etməkdən imtina etsə də, hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları “Azatutyun” radiosu ilə söhbətdə bunun doğru olduğuna eyham vurublar. Onlardan biri - Qaqik Melkonyan deyib: “Rusiyanın Zelenskinin səfərinə necə reaksiya verməsi və ya reaksiya verməməsi bizi maraqlandırmır”. Zelenskinin Ermənistana səfəri İrəvanla Moskva arasında münasibətlərin pisləşməsi fonunda baş tutacaq. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bildirib ki, Ermənistan Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasının müttəfiqi deyil . Erməni ekspert Vigen Akopyan məsələ ilə bağlı bildirir: “Bu səfərin Ermənistana təhlükəsizlik baxımından fayda verəcəyi şübhə doğurur. Eyni zamanda, Moskva üçün bu, "Ermənistanın rəqibə doğru istiqamətini dəyişməsini” simvolizə edir”. O vurğulayıb ki, bu, Ukrayna məsələsinin Rusiyanın həm siyasi isteblişmenti, həm də cəmiyyəti üçün kifayət qədər həssas mövzu olduğunu nəzərə alsaq, xüsusilə aktualdır: “Bu ona gətirib çıxara bilər ki, Azərbaycanla mümkün eskalasiya olarsa, Moskva İrəvanın bəyanatlarını (Moskvanın Ukraynada müttəfiqi olmadığı haqda) və Zelenskinin səfərini hətta rəsmi müttəfiqlik öhdəliklərini yerinə yetirməmək üçün qanuni əsas kimi nəzərdən keçirəcək”. Siyasi şərhçi “yerdə” alternativ müttəfiqlərin olmaması və siyasi bəyannamələrin kifayət qədər ağırlığını nəzərə alaraq, Ermənistan üçün ciddi risqlər barədə xəbərdarlıq edib: “Ukraynanın özünə gəlincə, indiki vəziyyətdə o, Ermənistan üçün heç bir mühüm müttəfiq kimi çıxış edə bilməz - nə iqtisadi, nə də hərbi-siyasi baxımdan. Buna görə də Zelenskinin ehtimal edilən səfəri daha çox gizli təxribata bənzəyir”. Akopyanın fikrincə, səfərin məqsədi həm də Azərbaycanla yeni eskalasiya və ya konflikt olarsa - məsələn, anklavlar və ya dəhliz məsələsi ilə bağlı - Rusiya üçün dilemma yaratmaq ola bilər. Rusiya bundan sonra aktiv müdaxilə və ya tam neytrallıq arasında seçim etməli olacaq. Akopyan regionu “ikinci cəbhə”yə çevirə biləcək bu seçimin mürəkkəbliyinə işarə edib və Rusiyanın resurslarını “dağıtmağa” çalışan Qərbin Zelenskinin səfərini Moskvaya təzyiq vasitəsi kimi görə biləcəyini istisna etməyib. O qeyd edib ki, 2020-ci ildəki qələbədən sonra Azərbaycan bir tərəfdən Moskva ilə dialoq imkanlarını genişləndirmək, digər tərəfdən isə Qərbə daha güclü təsir rıçaqlarına malik olmaqla Ermənistanla müqayisədə mövqelərini xeyli möhkəmləndirib: “Azərbaycanın Fransa ilə münasibətləri praktiki maraqlara bağlıdır, Ermənistanla isə daha çox deklarativ xarakter daşıyır. Mən Fransanın Ermənistana və erməni xalqına dost münasibətini şübhə altına almıram, amma quru rəqəmlər var. Bir yerdə deyirlər, digər yerdə hərəkət edirlər”. O vurğulayıb ki, Parisin İrəvana və erməni xalqına ünvanladığı dostluq bəyanatlarına baxmayaraq, Azərbaycanla real qarşılıqlı fəaliyyət və iqtisadi əlaqələr öz sözünü deyir: “Zelenskinin səfərinin Ermənistanın suverenliyinin nümayişi olması ilə bağlı iddialar isə çox sadəlövh görünür. Əsl suverenlik simvolik jestlərlə deyil, iqtisadi inkişaf, gücləndirilmiş müdafiə, fəal diplomatiya və güclü ittifaqlar vasitəsilə qurulur. Daha çox hansısa fəalın özünü yandırması aktına bənzəyən bu cür hərəkətlərin isə dövlət praqmatizmi ilə heç bir əlaqəsi yoxdur. Xüsusilə də arxasında heç bir hesablama olmadığı halda”.
 Rusiyalı politoloq, Xarici və Müdafiə Siyasəti Şurasının tədqiqat proqramları üzrə direktor müavini Dmitri Suslov hesab edir ki, Zelenskinin səfəri Ermənistan və Rusiya arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər. Ekspert qeyd edib ki, Ukrayna liderinin gəlişinin Ermənistanın real maraqları ilə heç bir əlaqəsi ola bilməz. Bu, çox güman ki, kollektiv Qərbin Rusiyanın Ermənistanın hazırkı rəhbərliyi ilə əlaqələrini tamamilə məhv etmək istəyindən xəbər verir. Suslovun fikrincə, Zelenskinin İrəvana səfəri Ermənistanın hazırkı rəhbərliyi tərəfindən həyata keçirilən Rusiyadan Qərbə istiqamətlənmə siyasətinin zirvəsi olardı: “Bu siyasət sistemlidir və Rusiya ilə təhlükəsizlik münasibətlərinin zəiflədilməsi və pisləşdirilməsi, eyni zamanda Rusiyaya strateji məğlubiyyət vermək niyyətini açıq şəkildə nümayiş etdirən ölkələrlə əlaqələri genişləndirmək və dərinləşdirməkdən ibarətdir. Biz başa düşməliyik ki, indiyədək Zelenski, Baltikyanı ölkələr istisna olmaqla, heç bir postsovet ölkəsinə səfər etməyib. Heç bir halda. O, Qazaxıstanda olmayıb və ya Mərkəzi Asiyanın başqa bir yerində, Gürcüstanda, hətta Moldovada da... Ona görə də onun Cənubi Qafqaz ölkələrinə gəlişi, necə deyərlər, bütün maskaların atılacağı siyasətin zirvəsi olardı”. Ekspertin fikrincə, ümumilikdə İrəvanla Moskva arasında münasibətlərdə mövcud vəziyyət birmənalı deyil. Ticarət-iqtisadi sahədə ciddi və intensiv əməkdaşlıq davam edir, ticarət dövriyyəsi artır, Ermənistan Avrasiya İqtisadi İttifaqına sədrlik edir. Siyasət və təhlükəsizlik sferasında isə Ermənistanın açıq şəkildə Rusiyanın opponentlərinin tərəfinə keçməsi müşahidə olunur. Bunu geri qazanmaq hələ də mümkündür, lakin getdikcə çətinləşir. Zelenski İrəvana səfər edərsə, bu, geri dönüş nöqtəsinə çevrilə bilər. Onun fikrincə, bu, Ermənistanın hazırkı rəhbərliyi ilə hansısa normallaşma ehtimalını əngəlləyə bilər. Rusiyalı ekspertin sözlərinə görə, KTMT ölkələri indi çox çətin vəziyyətdədir və olacaq, çünki Rusiya ilə Qərbin qarşıdurması yox, aktiv və açıq münaqişəsi, hibrid müharibəsi Ukraynada müharibə bu və ya digər şəkildə dayandırıldıqdan sonra da davam edəcək: “Bütün bu müddət ərzində Qərb KTMT ölkələrinə, o cümlədən Ermənistana böyük təzyiq göstərəcək və Rusiyaya qarşı mübarizədə onlardan istifadə etməyə çalışacaq”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031