KÖHNƏ VERSİYA            

Sürətli iqlim dəyişikliyi ekosistemləri də məhv edir

Image

Ekoloji sistemlər öz təbiətinə görə dinamikdir və daim iqlim dəyişkənliyindən təsirlənir. Meşə ekosistemlərinin quruluşu və fəaliyyəti metabolik funksiyalar vasitəsilə iqlim faktorları tərəfindən idarə olunduğundan, meşələrin bərpası, böyümə dinamikası, həmçinin növlər arasında əlaqələr sonradan dəyişə bilər. Çünki iqlim dəyişikliyinin ekosistemlərin özlərini uyğunlaşdıra bildiyi sürətdən daha tez baş verməsi qeydə alınır.

Araşdırmalar göstərir ki, Şimal ölkələrinin ekosistemləri mümkün qlobal istiləşməyə ilk reaksiya verməlidir, çünki ekosistem reaksiyalarının iqlim şəraiti burada ən aydın şəkildə özünü göstərir. Yüksək enliklərdə havanın temperaturunun artması ilə eyni vaxtda illik yağıntının miqdarı isti dövrlərdə tsiklonların yollarının Şimala keçməsi səbəbindən artır. Bitki örtüyünün paylanmasının sərhədlərində əhəmiyyətli dəyişikliklər gözlənilir. Keçmişdə müxtəlif ağac növlərinin miqrasiya sürətinin əsrdə 4-200 km olduğu güman edilir. Orta enlik regionları üçün növbəti 100 il ərzində orta hesabla 1-3,5 dərəcə istiləşmə eyni temperaturda mövcud coğrafi zonaların təxminən 150-550 km qütbə sürüşməsi və ya hündürlüyün təxminən 150-550 km dəyişməsi deməkdir. Bunlar fonunda, məsələn, Finlandiyada növbəti əsrdə yüksək enliklərdə gözlənilən temperaturun 2-4 dərəcə yüksəlməsi, həmçinin illik yağıntının 10-15% artması, ağac növlərinə əsrdə 10-45 km sürətlə şimala doğru genişlənməsi baş verəcək. Müvafiq olaraq, meşələrdəki bitki növlərinin tərkibinin dəyişmə ehtimalı var. Bəzi bölgələrdə bütün növ meşələr tamamilə yox ola bilər, eyni zamanda yeni növlər toplusu və müvafiq olaraq yeni ekosistemlər yarana bilər. Dünyanın mövcud meşə sahələrinin əhəmiyyətli bir hissəsində tarazlıq şəraitində karbon qazı ekvivalentindən iki dəfə çox olan temperatur və suyun mövcudluğunda mümkün dəyişikliklərin nəticələrindən biri kimi geniş yayılmış bitki növlərində də əsaslı dəyişikliklər olacaq. Bbu halda ən böyük dəyişikliklər yüksək enliklərdə, ən kiçik dəyişikliklər isə tropiklərdə baş verəcək.
 Atmosferdə karbon, eləcə də bir sıra digər qazların artması ekosistemlərə birbaşa təsir göstərəcək ki, bu da bəzi bitki növlərinin məhsuldarlığının azalmasına səbəb ola bilər. Bunlar fonunda ABŞ-nin Milli Kosmos Agentliyinin araşdırmasına görə, iqlim dəyişikliyi planetin rəngini də dəyişməyə başlayıb. “Mavi planet” kimi tanınan Yer kürəsinin rəngi qlobal istiləşmə səbəbindən dəyişir, mütəxəssislər bu gəlişmədən narahatdır. Bildirirlir ki, son 20 ildə okeanların yarısından çoxu iqlim dəyişikliyinin gətirdiyi istiləşmə səbəbindən mavi rəngdən yaşıl rəngə keçib. Ən çox təsirlənən ərazilər Yerin ən isti olduğu ekvatorun ətrafındadır. Britaniya Milli Okeanoqrafiya Mərkəzinin elm adamları bildirirlər ki, rəng dəyişikliyi ekosistemin pisləşməsinə işarədir. Britaniyalı elm adamı Braun Kel məsələ ilə bağlı deyib: “Buna rəng dəyişikliyinə görə yox, ekosistemdəki dəyişikliyi əks etdirdiyi üçün önəm veririk”. Araşdırma bunun planktonla bağlı ola biləcəyini göstərir, amma rəng dəyişikliyinin dəqiq səbəbi hələ təsdiqlənməyib. Bu orqanizmlər dənizlərin qida zəncirinin dibindədirlər, amma Yerdəki oksigenin çox hissəsinin istehsalında rol oynayırlar. Həmçinin atmosferə sabitləşdirici təsir göstərirlər. Sayları kifayət qədər çox olan planktonlar okeanlarda işıq paylayırlar, bəzilərində isə fərqli piqmentlər var. Rəngin dəyişməsi elm adamlarına plankton populyasiyalarının necə dəyişdiyi barədə daha aydın fikir verə bilər. Kel qeyd edib: “Demək olar ki, bütün tropik və ya subtropik okeanlarda ciddi rəng dəyişiklikləri var. Bunlar ekosistemi məhv edən böyük dəyişikliklər deyil, amma hiyləgər ola bilər. Eyni zamanda, bu, insan fəaliyyətinin qlobal biosferə hələ dərk etmədiyimiz şəkildə təsir etdiyinə dair əlavə sübutlar verir”.   Belə vəziyyətdə yaranan ekoloji çağırışlar ənənəvi enerji istehsalı və istehlakından bərpaolunan enerjiyə transformasiyanın aktuallığını artırıb. Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında yaşıl enerjinin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, ölkəmiz bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı böyükdür. Amma iqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatında daha çox aqrar sektora təsirləri müşahidə olunur. Çünki suya olan tələbatı ödəməkdə müəyyən çətinliklər var. İqlim dəyişdiyi üçün yağıntıların azalması, yağıntıların mövsümi olaraq qeyri-bərabər paylanması kənd təsərrüfatında suya olan tələbin ödənilməsinə neqativ təsir göstərir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da məsələyə bu prizmadan yanaşır: "İqlim dəyişikliyi ərzaq təminatına və təhlükəsizliyinə neqativ təsir göstərir. Nəticə etibarilə bu fonda kənd təsərrüfatında məhsul istehsalının azalması, qlobal yoxsulluğun dərinləşməsi müşahidə edilir. Eyni zamanda, iqlim dəyişikliyi dövlətlər və qlobal iqtisadiyyat üçün əlavə xərc yaradır. Yəni nəticədə, iqlim dəyişikliyinə qarşı mübarizə, bu istiqamətdə istehsalın tənzimlənməsi praktiki olaraq qlobal xərc deməkdir. Bu da bütövlükdə qlobal iqtisadiyyata neqativ təsir göstərir. Xüsusilə aqrar sektorda vətəndaşların, bütövlükdə dünya əhalisinin su və digər təminatını həyata keçirməkdə çətinliklər yaratmaqla yanaşı, qlobal iqtisadiyyatda əlavə xərclərin formalaşmasına səbəb olur. Azərbaycan iqlim dəyişikliyindən ciddi ziyan çəkən ölkələr sırasında deyil. Çünki Azərbaycanın təbiəti, iqlimi praktik olaraq kənd təsərrüfatı, eləcə də, digər sektorlar üçün iqtisadi baxımdan hansısa ciddi çətinlik yaratmır. Praktik olaraq ölkələr alternativlər haqqında düşünürlər. Bir tərəfdən iqlim dəyişikliyinin iqtisadiyyata təsirlərini minimuma endirmək üçün iqlim dəyişikliyinin tənzimlənməsi ilə bağlı tədbirlərin sayında artımlar var. Eyni zamanda, iqlim dəyişikliyinin həm iqtisadiyyata, həm də dünya əhalisinin istehlakına təsirlərini minimumlaşdırmaq üçün yeni texnologiyadan istifadə vacibdir. Məsələn, bir sıra ölkələrdə okean və dəniz suyunun içməli suya çevrilməsi prosesi gedir. Bu da, təbii ki, suya tələbin ödənilməsində xüsusi paya sahib olur. Bu kontekstdən yanaşsaq, sözsüz ki, iqlim dəyişikliklərinin iqtisadiyyata təsirlərini minimumlaşdırmaq üçün ən ciddi alət texnologiyadır".

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031