KÖHNƏ VERSİYA            

İrəvan rus sərhədçiləri məsələsini qətiləşdirdi: çıxarılırlar...

Image

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin əməkdaşları İrəvanın Zvartnots hava limanında fəaliyyətini dayandırmalıdır: “Mən rus sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı müzakirələrdə iştirak etməmişəm, lakin düşünürəm ki, onların ordan getmələri düzgün olardı”.

Onun fikrincə, rus sərhədçiləri Ermənistan ərazisini qorumadılar, lakin sərhədləri daha həssas etmək üçün hər şeyi etdilər. O əlavə edib ki, Federal Təhlükəsizlik Xidmətinin zabitləri bu gedişlə hamını Zvartnotsdan da çıxaracaqlar. Ermənistandakı Rusiya hərbi bazalarının ləğvi ilə bağlı suala Alen Simonyan cavab verib ki, bir ifratdan digərinə keçməyə ehtiyac yoxdur. Fevralın 13-də eskalasiyanın baş verdiyi Azərbaycanla sərhəddəki Nerkin Hand kəndində rus hərbçilərinin olmasını şərh edən Ermənistan parlamentinin spikeri bildirib ki, onun hüquqi əsasları barədə məlumatı yoxdur, lakin bunu müzakirə mövzusu kimi qanuni hesab edir.  Bu günlərdə Ermənistanın “Faktor” nəşri hakimiyyətdəki mənbəyə istinadən Rusiya sərhədçilərinin Zvartnots beynəlxalq hava limanından çıxarılacağını yazıb. Bunun yaxın vaxtlarda baş verəcəyi bildirilir. Rusiya sərhədçilərinin Zvartnotsda yerləşdirilməsi hökumətlərarası razılaşma ilə deyil, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya Federal Təhlükəsizlik Xidmətinin imzaladığı sənədlə tənzimlənir. Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və fəaliyyətini tənzimləyən saziş 1992-ci ildə imzalanıb. Lakin bu müqavilədə hava limanı xidməti ilə bağlı bənd yoxdur. Erməni politoloq Beniamin Matevosyan qeyd edir ki, əslində, Ermənistan hakimiyyəti Rusiyanın hərbi mövcudluğunu regiondan sıxışdırıb çıxarmaq üçün əlindən gələni edəcək: “Rusiya qoşunlarının mövcudluğuna qarşı yönəlmiş bəyanatlar təsadüfi deyil. Rusiya sərhədçilərinin qərargahında etirazlar planlaşdırılır və bu, daha böyük siyasətin tərkib hissəsidir, məqsəd regionda Rusiyanın təsirindən qurtulmaqdır. Yada salaq ki, fevralın 12-13-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədində erməni bölmələri ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları arasında atəşma olub. Bunlar da təsadüfi deyil”. Qeyd edək ki, həmin vaxt ermənilərin təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin əsgəri sıravi Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Buna cavab olaraq Azərbaycan sərhədçiləri tərəfindən Qafan rayonunun Nerkin Hand yaşayış məntəqəsi yaxınlığında Ermənistan silahlı qüvvələrinin döyüş postunun tamamilə məhv edilməsi ilə nəticələnən “Qisas əməliyyatı” həyata keçirilib. Daha sonra Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter bildirib ki, Rusiya hərbçiləri avropalı müşahidəçiləri silahlı toqquşma yerinə buraxmayıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Rusiya hərbçiləri insidentin qarşısını ala bilməyib. Onun sözlərinə görə, avropalı müşahidəçilərin bu əraziyə çıxışı yoxdur, yalnız Rusiyanın çıxışı var və orada olan da onun qüvvələridir. Beniamin Matevosyan qeyd edir ki, Qriqoryan və Ritterin bəyanatları təsadüfi deyil: “Müvafiq informasiya fonunun formalaşdırılması üçün ilkin şərtlər yaradılır ki, bu da Ermənistanın bloka daxil olmayan respublika statusunu yeni Konstitusiyada möhkəmləndirmək niyyətindən xəbər verə bilər”.

Politoloq avropalı müşahidəçilərin iştirakı kontekstində Ermənistanın təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib. Eyni zamanda o, baş nazir Nikol Paşinyanın bu yaxınlarda verdiyi bəyanata istinad edərək bildirib ki, missiyanın vəzifələrinə, digər məsələlərlə yanaşı, Rusiya və İran qoşunlarının hərəkətinə nəzarət də daxildir: “Əgər bu onların məqsədidirsə, Rusiyanın niyə onların varlığına qarşı olduğu aydındır. Digər tərəfdən, İranın mənfi reaksiyası da gərginlik yaradır. Ermənistan, demək olar ki, bütün qonşuları ilə münasibətləri korlamaq risqi daşıyır”. Ekspert həmçinin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistanın sadə “təhlükəsizlik istehlakçısı” olmaq istəmədiyi, lakin Avropa İttifaqının mülki missiyalarına töhfə verməyə hazır olduğu barədə bəyanatını tənqid edib. Bu kontekstdə Matevosyan vurğulayıb ki, Aİ indi təhlükəsizlik məsələlərində NATO-dan asılıdır: “Biz, İranın narazılığına baxmayaraq, gözəl ifadələr arxasında gizlənib, NATO-ya daxil olmaq istəyimizi nümayiş etdiririk?! Bu məni ölkəmizin gələcəyi və ərazi bütövlüyü ilə bağlı narahat edir”. “Demokratik Platforma” fondunun direktoru Qaregin Miskaryan isə, sərhədçilərlə yanaşı, KTMT məsələsinin həlliini də vacib hesab edir: “KTMT-nin məhdudiyyətləri var. Mütləq KTMT-yə silahlarımız barədə məlumat verməməliyik. KTMT bu məlumatları alandan sonra düşmənlərə, o cümlədən Azərbaycana ötürür. Çünki KTMT bizim müttəfiqimiz deyil. KTMT timsalında Rusiya indiki mərhələdə bizim düşmənimizdir. Bu, bizim maraqlarımızın birbaşa toqquşduğu dövlətdir. Bu gün Kremldə oturanlar cinayətkardırsa, biz Rusiya Federasiyası ilə hər cəhətdən əlaqəmizi kəsməliyik. Bizim problemimiz rus xalqı ilə deyil, KTMT ilədir”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031