KÖHNƏ VERSİYA            

Müstəmləkə adalar Makronu küncə sıxdılar - ittiham məktubu...

Image

“Makrona ünvanlanan ittiham dolu məktub dünyaya bir mesajdır ki, dünya birliyi “demokratik” Fransaya təzyiq göstərsin”  

Fevralın 24-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfransın iştirakçıları Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqlarının məruz qaldıqları müstəmləkəçilikdən dərin narahatlıqlarını ifadə etmək üçün Fransa Prezidenti Emmanuel Makrona məktub ünvanlayıblar.

Məktubda 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin imzalanmasından sonra özünüidarəetmənin beynəlxalq normalarının Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının öz müqəddəratını təyinetmə və müstəmləkəsizləşdirmə üçün tələb olunan şərtləri nəzərdən keçirməsi sayəsində inkişaf etməyə başladığı vurğulanıb. Qeyd olunub ki, 1946-1960-cı illərdə BMT Baş Assambleyası tərəfindən müvafiq qətnamələr qəbul edildi və bu beynəlxalq prinsiplər üzrə qlobal konsensus yarandı. 1960-cı ildə dekolonizasiya haqqında tarixi bəyannamənin (1514 saylı qətnamə), ondan sonra 1541 saylı qətnamənin qəbul edilməsi ilə proses sürətləndi. Bu hadisələr müstəmləkə ərazilərində olan ölkələrin müstəqillik uğrunda hərəkatına təkan verdi.

Vurğulanıb ki, yuxarıda qeyd olunan tarixi qətnamədən 64 il keçməsinə baxmayaraq, Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqları hələ də müstəmləkəçiliyin yeni təzahürlərinə məruz qalırlar.

Qeyd olunub ki, 2023-cü ildə beynəlxalq əhəmiyyətli qeyri-hökumət təşkilatı kimi yaradılmış Bakı Təşəbbüs Qrupunun (BTQ) əsas məqsədi müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizəni dəstəkləməkdir.

Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən beynəlxalq konfranslar zamanı Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarının müstəqillik tərəfdarları və millətçiləri tərəfindən məşğulluq, mənzillə təminat, təbii sərvətlərin istismarı və digər sahələrdə ayrı-seçkilik halları, o cümlədən hökumətin himayəsi altında təşkil edilən kütləvi emiqrasiya ilə bağlı ilk mənbədən çoxsaylı məlumatlar verilib...

Eyni zamanda vurğulanıb ki, tarix və xalqları qarşısında məsuliyyətlərini anlayaraq, Fransanın son müstəmləkələri olan Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları təşkilatlarının nümayəndələri və Bakı Təşəbbüs Qrupu Prezident Makrondan Fransa hökumətinin beynəlxalq qaydalara və təcrübələrə zidd hərəkətlərinin qarşısını almasını tələb ediblər.

“Biz yerli xalqların mədəni və dini irsinin vəziyyəti ilə əlaqədar hesabat hazırlamaq üçün UNESCO-nun rəhbərliyi altında beynəlxalq ekspert qrupunun yaradılmasının və dərhal müvafiq ərazilərə göndərilməsinin zəruriliyini vurğulayırıq.

Biz Fransa hökumətini ətraf mühit, iqtisadiyyat, insan haqları və yerli xalqların hüquqları sahələrində vəziyyətin yerində öyrənilməsi məqsədilə ATƏT-dən xüsusi missiyanın göndərilməsini tələb etməyə çağırırıq.

Bəşəriyyətimizin qlobal istiləşmənin böyük fəsadları və gələcəyi təhdid edən görünməmiş təhlükələrlə üzləşdiyi bir vaxtda sizdən (Prezident Makron – red.) BMT-nin Nizamnaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarına hörmətlə yanaşmağınızı xahiş edirik”, - deyə məktubda qeyd olunur.

“Fransa ermənilərə göz yaşı tökməkdənsə, öz müstəmləkələrinə azadlıq verməlidir, onların öz müqəddəratını təyin etməsinə şərait yaratmalıdır, onlara bu statusu verməlidir” 

İstanbulda dekolonizasiya konfransında Makrona ünvanlanan ittiham məktubunu şərh edən AVCİYA-nın vitse-prezidenti, tarixçi alim, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələ bütün dünyanı düşündürməlidir. “Bu olduqca aktual bir mövzudur. Xüsusən də İkinci Dünya müharibəsində beynəlxalq hüquqa söykənən bir sıra məsələlərə aydınlıq gətirmək lazım gəlir. Özlərini demokratik hesab edən ABŞ başda olmaqla Avropa İttifaqının aparıcı ölkələri Almaniya, Fransa və Avropada ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniya həmişə belə bir fikri əsas götürürlər ki, insan haqları heç bir ölkənin daxili işi deyil, harda insan haqları pozulursa biz ora müdaxilə etməliyik, insan haqlarını qorumalıyıq. Beynəlxalq hüququn digər bir maddəsindən də istifadə edirlər ki, millətlərin öz müqəddəratını təyin etmək hüququ var. Bilirsiz ki, qüvvədə olan əsas aparıcı hüquqi  maddə dövlətlərlərin ərazi bütövlüyünü təmin etmək, ikincisi isə millətlərin öz müqəddəratını təyin etmək hüququ ilə bağlıdır. İnsan haqları, millətlərin öz müqəddəratını təyin etmək hüququ Fransa kimi böyük Qərb ölkələri üçün siyasi alver vasitəsinə çevrilib. Harada mənafeləri varsa, hansı əraziyə müdaxilə etmək istəyirlərsə, hansı ərazini öz nüfuz dairələrinə salmaq istəyirlərsə məhz bu iki amildən - insan haqları və millətlərin öz müqəddarətını təyin etmək hüququn istifadə edirlər. 

İstanbulda keçirilən bu konfransın əhəmiyyəti ondan ibarətdir ki, Fransanın, Makronun irticaçı siyasətinin iç üzünü açıb. Fransa ermənilər üçün göz yaşı tökdüyü bir vaxtda müstəmləkəçilik siyasəti yürüdür, insan haqlarını kobud şəkildə pozur. Fransanın ayrı-ayrı xalqları əsarət altında saxlaması onu deməyə əsas verir ki, bu ölkə bütün məsələlərə ikili standartlarla yanaşdıqları kimi, insan haqları məsələsinə də iki standartla yanaşır. Məsələn, öz müqəddəratını təyin etmək hüququ məhz Fransa müstəmləkələrinə aiddir. Fransa nə üçün müstəmləkədə saxladığı xalqlara öz müqəddəratını təyin etmək hüququnu vermir?”-deyə M.Zülfüqarlı qeyd etdi.

M.Zülfüqarlının sözlərinə görə, Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqlarına müstəqillik vermək istəməyən Fransa Ermənistan adlı dövlət olduğu halda Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq xülyasına düşürdü. O qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Fransa ermənilər üçün göz yaşları tökməyə başladı. “Fransa ermənilərə göz yaşı tökməkdənsə, öz müstəmləkələrinə azadlıq verməlidir, onların öz müqəddəratını təyin etməsinə şərait yaratmalıdır, onlara bu statusu verməlidir. Halbuki, bu adaların heç dövlət qurumu belə yoxdur. Amma ermənilərin BMT tərəfindən tanınmış dövlətləri var. Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqları isə müstəmləkə olaraq qalırlar, Fransanın hakimiyyəti altında fəaliyyət göstərirlər. İkinci, Avropada bir sıra xalqlar var ki, o hüquqdan istifadə etmək istəyirlər. Məsələn, İspaniyada və digər   ərazilərdə də belə insanlar var, amma onlara bu hüquq verilmir. 

Hansı dövləti zəiflətmək istəyirlərsə, həmin hüququ tətbiq etməyə çalışırlar, lazım olanda isə   dövlətlərin ərazi bütövlüyü məsələsini ortaya atırlar. Mənə belə gəlir ki, bu cür konfransları tez-tez keçirmək lazımdır. Bu konfranslar dünyanın gözünü bir daha açır və kimin kim olduğunu göstərir. Konfransdan Makrona ünvanlanan ittiham dolu məktub dünyaya  bir mesjadır ki, dünya birliyi “demokratrik” Fransaya təzyiq göstərsin.  

Məsələn, bu ölkələr hamısı özünü “sülhpərvər” kimi qələmə verməyə çalışır. Amma ən çox silah satan ölkələr də bunlardır. Sual olunur, bunlar niyə silah istehsal edən şirkətləri bağlamırlar, amma insan haqlarından, sülhdən, humanizmdən danışırlar? Ona görə də, mənə belə gəlir ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən bu cür konfransaların sayı daha da çox olmalıdır. Bu bizim beynəlxalq imicimizin artmasına səbəb olur və haqq işi uğrunda mübarizə apardığımızı bir daha sübut edir”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031