1 manat 50 qəpiklik dönərlərin məsələsi Milli Məclisdə də qaldırıldı - Əti haradan və neçəyə alırlar?
Ali təhsil müəssisələrinin qarşısında fəaliyyət göstərən dönərxanalarda satılan dönərlərin qiyməti ayranla birlikdə 1 manat 50 qəpikdir. Halbuki nəzərə alaq ki, ayranın öz qiyməti elə 30-40 qəpikdir.
Trend-in məlumatına görə, bunu deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bundan başqa, dönərin çörəyi və ətin tərkibindəkilərin qiyməti də var.
“Belə çıxır ki, dönərin içərisindəki ət pulsuzdur. O zaman ortaya bir sual çıxır – “dönərxanalar əti haradan və neçəyə alır?!” Görəsən həmin obyektlərin sertifikatı varmı? AQTA buna nəzarət edirmi? Son zamanlar tələbələr arasında dönərdən zəhərlənmə hallarına rast gəlirik. Bu səbəbdən AQTA bu işə məsuliyyətlə yanaşmalı və nəzarət daha da güclənməlidir”, - deputat əlavə edib.