Azərbaycan, Türkiyə, İran və Rusiyaya qarşı Makron-Paşinyan razılaşması - kəşfiyyat məlumatları Fransaya ötürüləcək
Ermənistan Fransa razılaşaraq KTMT ilə əlaqələri kəsməyə hazırlaşır. Trend xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Anadolu” agentliyinə müsahibəsində bildirib.
“Ermənistan Baş naziri Nikol Paşinyanın Parisə səfəri zamanı Fransa prezidenti Emmanuel Makronla danışıqlar zamanı Ermənistanın KTMT-dən çıxması məsələsi bağlı qapılar arxasında müzakirə olunub. Paşinyanın indi etdiyi hər şey Makronla razılaşdırılmış fəaliyyət planıdır”, - o qeyd edib.
İ.Korotçenko vurğulayıb ki, Paşinyanın Parisə səfəri zamanı Fransa kəşfiyyatı ilə yeni qurulmuş erməni kəşfiyyatı arasında əvvəlcədən razılaşdırılmış məsələlər üzrə dörd ölkə ilə məlumat mübadiləsinə dair razılıq əldə olunub.
Onun sözlərinə görə, söhbət Azərbaycan, Türkiyə, İran və Rusiyadan gedir.
Korotçenko qeyd edib ki, Fransa Ermənistana Ermənistan sərhədlərinin perimetri boyunca hərbi-siyasi vəziyyətə dair məlumatları ehtiva edən peyk məlumatlarını da ötürəcək.