"Bədxassəli şişlərin 35-40 faizi keyfiyyətsiz qidalanma ilə bağlıdır" - Komitə sədri
Qidalanma amilinin insan sağlamlığı üçün çox böyük əhəmiyyəti var. Bədxassəli şişləri yaradan amillərdən birincisi qidalanmadır. Bədxassəli şişlərin yaranmasının 35-40 faizi düzgün olmayan və keyfiyyətsiz qidalanma faktoru ilə bağlıdır.
Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, bu gün xəstələrin müalicəsində pəhriz və düzgün qidalanma müalicə üsulunun tərkib hissəsinin komponenti kimi geniş tətbiq olunur.
ZÜMRÜD