KÖHNƏ VERSİYA            

Xəzərdən “çıxarılan” çaxır və bir blok siqaret- YUNUS OĞUZ yazır

Image

FELYETON

Bir tədbirdən işə yeni qayıtmışdım ki, mobil  telefonuma zəng gəldi. Zəng edənin ekranda adını görəndə təəccübləndim. Hələm-hələm telefon açmazdı. Onu "ideya generatoru" adlandırırdım. Dünyanın bu başından vurub o başından çıxardı. Ağlagəlməz ideyaları ilə kimi deyirsən inandırır, həyata keçirir, faizini alır, sonra ağlına başqa ideya gəlir, yenə də kimisə  inandırıb işə başlayırdı. Hətta Ayda amerikalılara torpaq satmaq da onun ideyası idi. Bu biznesi də bir müddət pis getmirdi. Həmişə deyirəm ki, bizim xalq çox istedadlıdır. Heç nədən pul qazanmağı bacarır, amma havadan qazandıqlarını havaya xərcləyir, yeyib-içib kef eləyir, pulu qurtaranda yenə yeni ideyalar işə düşür... Maraqlıdır ki, xalqım belə işlərdə heç bir çətinlik də çəkmir. Telefonun o biri başından səs gəldi:

-Salam Mirzə, Bakıdayam.

Səsində kədər duyduğumdan soruşdum:

-Əleykə, səsin niyə belə kədərlidir? Yoxsa ölüb-itənin var? Bir şey olmayıb? 

-Yox Mirzə, ailədə hər şey normaldır.

-Bəs niyə beləsən?

Telefonda ah çəkdi. Hiss etdim ki, bir anlığa aranı dağa, dağı arana daşıdı. Handan-hana dilləndi:

-Azərbaycana sürğün olunmuşam, Mirzə.

Dərhal fikirləşdim ki, burada nəsə var.

-Bura bax, ideya generatoru, yenə nə fikirləşmisən? - Gülməyimi eşitdi, amma dinmədi. - Yoxsa ideya paçkaların qurtarıb? "Azərbaycana sürğün olunmusan" nə deməkdir? Adam da öz vətəninə sürgün olunar? Sən cənnətə gəlmisən, cənnətə! Qarabağdan çıxıb gedən ermənilərdi e, buraların və bizim qədrimizi bilmədilər.

Telefonda yenə onun qəmli səsini eşitdim:

-Yox Mirzə, bu dəfə məsələ çox ciddidir. Uzun söhbətdir, dur gəl, Yasamal parkındakı çayxanaya, həm səni görüm, həm də dərdimi danışım.

-Yaxşı, - dedim, - gəlirəm...

Yasamal parkının çayxanasında tanışım əməlli dəstgah düzəltmişdi. Əslində dəstgahı çayxana yiyəsi özü düzəldir ki, babat pul qazansın. Hələ get İçərişəhərdə çay iç, gör başına nə gətirəcəklər. Bir  dəfə Özbəkistandan gələn qonağımla orada oturub çay içdik. Bir qara, bir kəklikotundan dəmlənmiş çay, bir də qoz mürəbbəsi sifariş verdik. Duranda qırx üç manat oxudular. Biz də elə "Çay"mahnısını oxuya-oxuya oradan çıxdıq. Bu çayxana bulvara, İçərişəhərə baxanda şükürdü. İnsafən, zorla çayın yanına çox şey dürtüşdürmürlər.

Əlqərəz, tanışımla xoş-beş edib əyləşdik. O bilir ki, mən siqaret çəkənəm, odur ki, yeri çayxananın siqaret çəkənlər tərəfindən götürmüşdü. Masanın üstündə də bir blok "Marlboro" siqareti. Dərhal soruşdum: 

-Bu siqaret nədir, axı, sən siqaret çəkən deyilsən?

-Bu sənin üçündür, - dedi, - o gün bir status yazmışdın ki, bəs buradakı siqaretlərdən tütün iyi gəlmir. Fikirləşdim ki, bizim aeroportdan sənə siqaret, həm də yaxşı çay alım. Çay alınmadı. Aeroportdakı "Duty freec"lərdə ancaq "Azərçay" satılır. Qızdan soruşuram ki, başqa çay növləri niyə yoxdur? Deyir ki, bizə belə tapşırıq verilib, yalnız "Azərçay". Bu əsl monopoliyadır.

Çay da gəldi. Mən armudu stəkana çay süzə-süzə soruşdum:

-De görüm, Azərbaycana niyə sürgün olunmusan, yoxsa mənimlə məzələnirsən?

O yenə ah çəkib dilləndi:

-Nə məzələnmək canım, aeroportdan keçəndə mənə dedilər ki, sənə "Stop" qoyublar. Bundan sonra ölkədən çıxa bilməzsən.

-Nədir, vergi borcun var?

-Yox, əşşi, nə borc? - Əlindəki çay qaşığı ilə ağ gilası kiçik nəlbəkiyə yığıb qarşıma qoydu. - Vergi sarıdan yaxşıyam, çünki adım heç harda getmir...

Bu dəfə daha dözmədim.

-Sən Allah, ürəyimizi üzmə, söylə nə olub? 

Tanışım çaydan bir qurtum içib stəkanı yerə qoymadan dilləndi:

-Fransada bərkgedən bir azərbaycanlı biznesmen var. Çaxır alveri ilə məşğuldur. Bir gün mənə zəng etdi ki, hardasan? Dedim Parisdə. Dur, gəl, bura dedi.

Getdim, görüşdük. Hal-əhval tutdum. Dedi işlər yaxşı getmir. Çaxırımızın brendi aşağı düşüb. Sən, - düzəliş etdi, yəni mən, - "ideya generatoru"san. De görək, nə etmək lazımdır ki, buradan milyonlar qazanaq, sənə də yaxşı olsun, mənə də.

Bu dəfə dözə bilmədim:

-Maraqlıdır, sən nə təklif etdin? -Ağ gilasdan çay qaşığı ilə birini götürüb ağzıma qoyaraq soruşdum.

O əlindəki stəkanı nəlbəkiyə qoyaraq söhbətə davam etdi:

-Elə hər şey də bundan sonra başladı. Səhərisi gün onunla ofisdə görüşdüm. İdeya ağlasığmaz idi, amma həyata keçirtmək mümkün idi. Dedim ki, gəl Bakıdan gətirilən çaxırları on səkkizinci əsrin məhsulu kimi sataq. Gördüm kişinin gözləri böyüdü. Soruşdu ki, bu necə olacaq, hanı bizdə o əsrin çaxırı? Cavab verdim ki, Xəzər dənizində.

Məni fikir götürdü ki, "ideya generatoru" olan tanışım bu ideyanın altından necə çıxacaq? Dərhal məzə ilə soruşdum:

-Hə də, dənizdən kürümüzü Avropaya daşıyırdıq, bundan sonra da çaxırımızı daşı... 

O sözümü kəsdi: 

-Qulaq as, - dedi. Avropalılar belə şeylərdə safdılar, tez inanırlar. Xülasə, biznesmen dostuma dedim ki, dənizin dibində köhnə bir gəmi taparıq, dalğıclar onun videosunu çəkərlər, sonra montaj edib yüzə yaxın yüz litrlik küpləri guya dənizin altından çıxardıb gəmidə sıraya düzərik. Mən də gəlirəm, elə gəmidəcə bu küplərdən birini açıram, içindəki çaxırdan bir litrlik parçla götürüb dequstator kimi içirəm.

Yenə dözəmmədim:

-Bəs küplərin təzəliyi, yəni indi düzəldildiyi bilinməyəcək?

Əlini havada yellədi:

-Mirzə, nə qoyub, nə axtarırsan? Küplərə elə yön verirsən ki, elə bil iki min il bundan qabaq düzəldiblər. Ermənilər öz daşlarını, xaçkarlarını belə düzəldirlər. Nə isə, o biznesmen dostumu inandırdım ki, bu mümkündür. Onun bir elit restoranı var. Ora ancaq varlı insanlar gəlirlər. Dedim ki, restoranın zalından böyük bir monitor asırıq, çəkdiyimiz videonu da orada hər iki saatdan bir nümayiş etdiririk və Bakıdan gətirdiyimiz çaxırların da yeddi yüz qramını on min avroya satırıq. Razılaşdı. Bir az da piarını apardıq. Hesabıma da 100 min köçürdü ki, get işə başla.      

Bundan sonra, bah, gəl görəsən. Qaz vurub qazan doldururduq. Hətta İspaniyadan gəlib bu çaxırın dadına baxmaq istəyənlər oldu.

Soruşdum:

-Yaxşı, bəs elə isə Azərbaycana niyə sürgün olundun?

Tanışım iki əlini də dizinə çırpıb ağlamsınmış kimi dilləndi: 

- Evim elə o gün yıxıldı da. Parisdə dövlətlərarası bir forum keçirilirdi. Bu biznesmen dostum da forumun təşkilatçıları ilə danışıb ki, bir şam yeməyini onun restoranında keçirsələr, çaxırın qiymətini beş minə salacaq. Onların arasında nə alış-veriş olub bilmirəm, amma razılaşıblar. Bizdən də - baş barmağını yuxarı qaldırdı - orada bərk gedən məmur vardı. O da gəlir. Görür ki, bizdə dənizdən tapılan çaxırın monitorda tappatap reklamı gedir. Tez Bakıya ora-bura zəng edib soruşur ki, dənizdə belə bir tapıntı olubmu? Hamısı eyni cavabı verir ki, xeyr, belə bir şey olmayıb. O da biznesmen dostumu cağırır, onu xeyli danlayır, axırda da soruşur ki, ideyanın müəllifi kimdir. O da, gözünə döndüyüm, barmağını mənə tuşlayır. Evim də onda yıxılır. Qısası, o məmur göstəriş verir ki, Azərbaycanın adına ləkə gətirməyin, yığışdırın bunları. Məni də Azərbaycandan çıxmamaq şərtilə Bakıya göndərir.

-Bəs dostunun restoranı necə oldu? Axı, imicinə zərər dəydi. - Öz siqaretimdən birini yandırdım. 

Bu dəfə sağ əlini havada yellədi:

-Nə qoyub, nə axtarırsan, a Mirzə? Restoran da durur, imic də öz yerində, amma gəlirlər azalıb. İndi həmin çaxırın guya müasirini altı yüz avroya satırıq. Deyirik ki, dənizdən tapılan çaxır qurtardı. Ancaq həmin texnologiya ilə eynisini hazırlayırıq. Razı da qalırlar.

Siqaretin tüstüsünü içimə alıb, sonra çölə buraxdım.

-Yaxşı, bütün bunları mənə niyə danışdın? 

O əyilib pıçıltı ilə dedi:

-Mirzə, kömək elə o "Stop"u aradan qaldıraq. Avropada işim-gücüm tökülüb qalıb. Burdakılara belə ideyaları həzm etdirə bilməzsən.

Siqaretin kötüyünü külqabıda söndürüb cavab verdim:

-Belə həlləm-qəlləm işlər mənlik deyil. Sən bunu həll etmək üçün başqa adam axtar. Gördüm, tanışımın üzü çöndü. Masanın üstündəki bir blok siqareti götürüb ayağa durdu.

-Hə yaxşı! Vacib bir görüşüm də var, - əlilə çay dəstgahını göstərdi, - bunun da pulunu verərsən. Di, sağ ol!

25.02.24







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031