BMT-nin İqlim sammiti işə başlayıb
BMT-nin Ətraf Mühit üzrə Proqramının mənzil-qərargahının yerləşdiyi Nayrobidə BMT-nin altıncı İqlim sammiti öz işinə başlayıb. Proqramın icraçı direktoru İnger Andersen brifinqdə çıxış edərək, sammitdə 7300 iştirakçının, 100-dən çox ölkədən 150 nazirin iştirak etdiyini bildirib.
İqlim sammitinin prezidenti və Mərakeşin Enerji və davamlı inkişaf naziri Leyla Benalinin sözlərinə görə, tədbir zamanı iqlim gündəminin müxtəlif aspektləri ilə bağlı 19-a yaxın qətnamə nəzərdən keçirilə və qəbul edilə bilər.
Mətləb Salahov