KÖHNƏ VERSİYA            

Ağ Evdə birinci kürsüyə sahiblənməyin son yaş həddi neçədir?

Image

ABŞ prezidenti Co Baydenin ifrat qəribəlikləri 7-dən 77-yə heç kimə sirr deyil və mütəmadi şəkildə dövri mətbuatda tirajlanır, müzakirə olunur. Nəzərə alsaq ki, adamın 81 yaşı var, zehni və fizioloji cəhətdən yorğundur, eləcə də 1973-cü ildə həyat yoldaşını və bir övladını avtomobil qəzasında, digərini isə xəstəlikdən itirdiyindən psixoloji sarsıntı izləri daşıması mümkündür. Burada qeyri-adi, həm də lağ, istehza, sarkazm obyektinə çevriləsi heç nə yoxdur, hələ üstəlik, qoca kişiyə qarşı belə mövqe və ələsalmalar da qeyri-etik sayılaraq qınanmalıdır. 

Amma ciddi narahatlıq, təhlükə törədən tamamilə başqa bir əsas məqam var – hərəkətləri ilə dünyanı şoka salan, kütlələri özünə güldürən şəxs ABŞ-nin rəhbəridir, 3 ildən çoxdur ki, superdövlətin birinci krelosunda ya seçki ilə əyləşib, ya da otuzdurulub, bu, başqa söhbətin mövzusudur. Deməli, hər hansı yanlışlığı öz ölkəsinə, xalqına, qitəyə, planetə, bəşəriyyətə böyük fəlakətlər gətirə bilər.  Və sözügedən istiqamətdə beynəlxalq həyəcanı ən çox və israrla körükləyən birinci şəxsin yanında daşınan “nüvə çemodanı”dır. Məsələ ondadır ki, ABŞ prezidenti elə həmin mövzuda Koloradodakı çıxışı ilə gündəmdədir – öncəkilərdən fərqli, heç də dodaq qaçırmayan dağıdıcı zarafatı eşidənləri dəhşətə gətirib. 

Co Bayden ştatdakı külək turbinləri zavoduna baş çəkib, müxtəlif açıqlamalarla çıxış edib və yenidən səhvlərə yol verib. Ən əvvəl nüvə silahını işə salmaq bacarığı ilə öyünərək hər kəsi heyrətləndirib, müəssisədəki işçilərlə danışarkən yanındakı nüvə çantalı hərbçiyə işarə ilə “Bax o, dünyanı havaya uçuran koda sahibdir" söyləyib. Daha sonra keçmiş prezident Donald Trampı “konqresmen” adlandırıb və indiki Çin və Cənubi Koreya liderlərinin adlarını unudub.

Xatırladaq ki, o, hazırkı qəribəliklər və anlaşılmazlıqlar seriyasını nisbətən daha “sivil” formada gəncliyində də oynayıb. 1988-ci ildə keçirilən prezident seçkilərinə demokrat namizəd olaraq qatılmış və xalqın rəğbətini qazana bilmişdi. Seçilsəydi, ölkə tarixində Con Kennedidən  sonra ikinci ən gənc prezident olacaqdı. Amma avqust ayında etdiyi çıxışda ingilis siyasətçi Nil Kinnokun sözlərini oğurlamaqda suçlandı. Həmin və digər ittihamlardan əlavə, universitet illərindəki bəzi xoşagəlməz işlərinin də üstü açıldı. Beləliklə, 23 sentyabr 1987-ci ildə seçkilərdən namizədliyini geri çəkdi. 20 yanvar 2021-ci ildən ABŞ-nin 46-cı prezidenti olaraq fəaliyyətə başlayıb. 78 yaşında bu vəzifəyə seçilən Bayden ən yaşlı prezident və həmçinin Deloverli  ilk prezidentdir. Həm də ABŞ tarixində ikinci katolik prezidentdir (Katolisizm ümumdünya miqyasında mərkəzləşdirilmiş, ciddi təşkilat strukturuna malik xristianlıq formasıdır. Beynəlxalq mərkəzi Roma şəhərinin daxilində yerləşən Vatikan dövlətidir). 

Dərd burasındadır ki, təkcə parodiyaçılar, şoumenlər, aktyorlar, adi insanlar yox, tanınmış ictimai-siyasi xadimlər, dövlət başçıları tərəfindən (Donald Tramp, Məhəmməd bin Salman və b) də istehza ilə yanaşılan, yamsılanan 81 yaşlı Cozef yenidən prezidentliyi uğrunda yarışmaya qoşulub. Tramp geniş kütlələr qarşısında "Hara gedirəm? Hansı cəhənnəmə gedirəm? Çölə çıxmaq istəyirəm. Buradır, yox, başqa yerdir" - deyə, xələfinin Şimali Karolinadakı çıxışında boş yerə əl sıxaraq yol tapmağa çalışdığını xatırladıb. Həmçinin Baydeni “Yuxulu Co” adlandıraraq, onun demans və alzheimer xəstəliklərindən əziyyət çəkdiyini bildirib, psixi sağlamlığının yoxlanılmasını təklif edib. Sabiq prezident Amerika siyasət tarixində Bayden kimi mənfi xüsusiyyətlərə malik rəhbərin olmadığını dilə gətirib: "O, sadəcə özünü və ailəsini zənginləşdirməyə çalışır. Çinlə bağlı heç nə etmədi, çünki həmin ölkədən milyonlarla dollar alıb”. 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da qapalı iclasda Amerikalı həmkarının psixi sağlamlığına istehza ilə yanaşıb.

ABŞ lideri isə heç kimə və heç nəyə baxmadan, tənqidlərdən nəticə çıxarmadan, hətta seçki marafonunda belə, qəribəliklərini davam etdirməkdədir. Srağagün Milli Qubernatorlar Assosiasiyasında çıxışı zamanı Barak Obamanın vitse-prezidentliyi dövründən xatirəsini danışarkən yenə də dövlətləri və dövlət başçılarını səhv saldı: “Obama mənim Si Cinpinlə tanış olmağımı istəyirdi. Onun Rusiyanın rəhbəri olacağı aydın idi... O zaman biz Rusiya və digər ölkələrlə də problemlər yaşayırdıq”...

Dünya mediası Baydenin dəfələrlə oxşar nöqsanları təkrarladığını vurğulayır. Məsələn, yanvarın sonunda Fransanın hazırkı prezidenti Emmanuel Makronu 1981-1995-ci illərdə Fransaya rəhbərlik edərək 1996-cı ildə dünyasını dəyişən Fransua Mitteranla səhv saldı. Daha sonra Angela Merkeli mərhum Almaniya lideri Helmut Kolla iki dəfə qarışdırdı. Fevralın əvvəlində Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə də “Meksika prezidenti” demişdi və sair.

İndi mütəxəssislərin müəyyənləşdirməsi gərəkdir ki, Bayden belə gözlənilməzlikləri doğrudan da mərəzdir, yoxsa dünya ağalığına çalışan mürtəce qüvvələr bir qırğın törədib xəstə rolu oynayan dövlət başçısını suçlayacaqlar? Sosial şəbəkələrdə populyarlıq qazanmağa çalışır, yaxud rusiyalı mərhum həmkarı Boris Yeitsin kimi xalqın sevimlisinə çevrilmək istəyir?  

Bəli, köhnə şakaçının növbəti “yumor”u dünya ictimaiyyətini əməlli-başlı silkələyib. Çünki bu, nə canlı yayımda əllərini rul kimi tutaraq oyuncaq maşının arxasınca qaçması, nə dəfələrlə sağa-sola-arxaya dönərək qarşısında kimsə olmadan əl sıxmaq istəməsi, nə Pasxa bayramında “yumurta yuvarlama” tədbirində iştirakçılarla söhbətləşərkən dovşan libasındakı şoumeni görüb sözünü yarımçıq saxlayaraq aradan çıxması, nə də teleaparıcı inflyasiyasının səviyyəsi ilə bağlı sual verərkən yumruqlarını sıxıb qollarını qaldırıb hərəkətsiz qalması qədər anlaşılmaz olsa da, yüngülvari, yolaveriləsi hal deyil. 

Beləcə, onun İllinoys ştatında çıxışı zamanı kişi ilə qadını səhv salıb xanıma bəy kimi müraciəti (Çikaqonun meri xanım Lori Laytfutu “ mister“ deyə çağırmışdı), ştatın senat sədri Don Xarmona sualında çaşıb qalaraq, başa düşülməyən tərzdə "Ohayo Pensilvaniyada, Ohayo Pensilvaniya, mən  pensilvaniyadanam, İllinoysun prezidentiyəm” rabitəsz ifadələri, Hindistanın baş naziri Narendra Modinin Vaşinqtona səfəri zamanı onu səhvən prezident adlandırması, həmin ölkənin himni səslənərkən ABŞ himni zənn edib sağ əlini ürəyinin üzərinə qoyması, xəstəxana işçisi ilə söhbətini tamaşaçılara nəql edərkən televizorla telefonu fərqləndirə bilmədən "Dünən axşam mən televizorda idim və təcili yardım şöbəsi ilə televizorla danışdım” da bağışlana bilər.

Əvvəllər nərdivandan və velosipeddən yıxılması, keçmiş dövlət katibi Hillari Klintonu qucaqlayıb buraxmaması, Floridadakı mitinqdə çıxışı zamanı 2021-ci ilin 20 yanvarından prezident olduğunu unudub “bu yayda” (2022-ci ilin yayı) ali kürsüyə keçdiyi iddiası ilə “Yolda yanacaqdoldurma məntəqəsinin yanından keçirdim: benzin 3,25 dollardır, amma mən bu yay öz vəzifəmə başlayanda 5 dollar idi” deməsi də boş şeylərdir.

Ağ Evdə İsrail prezidenti İsaaq Hersoqu qəbulu zamanı mətbuata açıqlama verəndə yuxuladığından nitqi tutularaq zaldakıları heyrətləndirməsini, canlı yayımda çıxış etdiyi vaxt suflyordakı mətni oxuyarkən “sətri təkrar et”, “sitatı bitir” kimi xəbərdarlıqları da səsləndirməsi və sözügedən hadisədə təəccübdən köməkçisi Kamala Harrisin baxışındakı dəyişiklikləri də birtəhər yola vermək mümkündür. Sadəcə, adam qorxur ki, birdən “Yuxulu Co” qazlı su içmək məqsədi ilə yanındakı nüvə çamadanına 20 sent atıb düyməni basmaq istədi, bax, o zaman biz neyləyərik?!

Qurban CƏBRAYIL








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031