KÖHNƏ VERSİYA            

Hardasız, mənim göyərçin balalarım? - Üçüncü yazı

Image

Əli uşaq vaxtı necə mehriban idisə, yetkin yaşda da ha­mı­ya qarşı o münasibətdə idi. Bayramlarda qohum-əqrəbanı təbrik etməyi xoşlayırdı...

Bir gün Qurban bayramı idi. Əli işdən icazə alıb evə gəldi. Anası gördü ki, o, çox məyusdur. Soruşdu:

- Sənə nə olub?

Əli kefsiz halda dedi:

- Mama, mən hamıya qarşı səmimiyəm. Ancaq məni heç kim təbrik eləmir. Atasız böyümüşük, kasıbıq, ona gö­rə? 

Sevinc xanım onun saçlarına sığal çəkib dedi:

- Elə demə, qurbanın olum, siz atasız böyüsəz də, kasıbçılıqla həyat sürsəz də, mərdsiz, ağıllı, mehribansız, halal çörəklə böyümüsüz. – Çöhrəsinə təbəssüm qondurdu: - Ey­bi yox, sən kiçiksən, onlar təbrik etmir, sən zəng vur. Qoy böyüklük səndə qalsın. – Bir az duruxmuş kimi oldu, başını yelləyib əlavə etdi: - Dur, dayına zəng vur. 

Əli dedi:

- Yox, etməyəcəm. Qoy onlar bizi axtarsın.

Sevinc xanım təlaş keçirdi, Əli isə otağa keçib yatağına uzandı. Aradan bir az vaxt keçmişdi, Sevinc xanım gördü ki, Əli qohum-əqrəbaya zəng vurur, bayram münasibətilə təbrik edir. Gözləri yaşardı, soruşdu:

- Bəs deyirdin zəng vurmayacam? 

Əli də gülümsündü, dedi:

- Eh, mama, ürəyim dözmədi... 

Bax, belə bir oğul idi Əli...

*** 

Dəli-dolu günlər sürətlə əvəzləndi. Sentyabrın 19-u çat­dı. Həmin gün İslamın ad günü idi. O, ad günü keçirməyi çox xoşlayırdı. Həmin gün İslam özü də gəldi. Ailə gö­zəl bir gün keçirtdi. İslamın şəninə təbriklər deyildi. O da hər xoş söz eşitdikcə, utandı, pörtdü və hər dəfə də anasına sarıldı. Sevinc xanım anidən soruşdu:

- Hiss edirəm ki, müharibə olacaq, çünki qadınlar orda-burda tez-tez müharibədən söz salırlar.

Əli İslama, İslam da ona baxdı, heç biri dillənmədi. Ana­larını üzməmək üçün Əli dedi ki, yox, sözdü sadəcə, fikir vermə. 

Sevinc xanım dedi:

- Qadınlar deyir, ay bala. 

Əli sanki bir az əsəbləşdi:

- Qadınlar hardan bilir? Ürəyini üzmə, mama, nə müharibə, biz torpaqlarımızı çox rahat şəkildə geri alacağıq, bir güllə atmadan. 

İslam zəndlə qardaşına baxdı... 

Əli də, İslam da elə ad günü gedən oldular. Sentyabrın 26-sı Sevinc xanım Əliyə zəng vurdu, dedi ki, bir həftədi getmisən, evə nə üçün gəlmirsən? Əli də dedi ki, mama, bu gecə gələcəyik. İslam da zəng vurmuşdu, dedi ki, o da gələcək, təki sən narahat olma. 

İslam dəli-doluydu, gecənin zülmət çağında da olsa, hardasa qalan deyildi, evə gəlirdi. Qəfildən gəldi. Balaca bir maşınla gəlmişdi. Anasına dedi ki, qış paltarımı yığ. Ora soyuq olur. Sevinc xanım da onun dediyi kimi etdi. Həmin gün sentyabrın 26-sı, gecə yarı idi. İslam paltarını götürdü. Uşaq vaxtlarındakı xasiyyətlərinə uyğun, anasını qucaqlayıb öpdü. Gələndə də öpmüşdü. İndi sanki birdəfəlik gedirdi deyə anasını daha bərk qucaqladı, üzündən-gözündən, boynundan-boğazından öpdü, sonra arxaya baxmadan gəldiyi maşına mindi. Sevinc xanım da darvazaya söykənib durdu. Həsrət dolu baxışların acısı İslamı yandırdı, soruşdu:

- Mənə niyə elə baxırsan, ana?! 

Sevinc xanım əlləri qoynunda dedi:

- Səni yola salıram, bala. 

İslam maşının şüşəsini endirib dedi:

- Get evə, soyuq olar. Sentyabr deyib payız zənn etmə. Gecə yarı hava sərt olur, qışdakı kimi. 

Dedi və maşın da sanki buna bənd idi, sürətlə irəli şü­tü­dü. İslam getdi... Xidmət yerinə getməmişdən hamıyla - bütün qohum-əqrəba ilə bir-bir görüşdü, onlardan ha­lallıq istədi. Sonra da dedi ki, mamama yaxşı baxın. Tək qoy­mayın onu. O, mənim əbədiyyət çırağımdır, sönsə, ney­ləyərəm? 

İslam xoş arzular, şirin xəyallar kimi getdi. Sevinc xa­nım bu dəfə Əliyə zəng vurdu, soruşdu, bəs sən gəlmirsən?! Əli dedi ki, yox, gələ bilmirəm, əslində, gəlmək is­tədim, buraxmadılar. İnşallah, başqa bir gün gələcəm. Özü­­nə yaxşı bax. 

Sevinc xanım incimədi, çünki övladlarının iş tərzinə alışmışdı; Əli gələndə İslam, İslam gələndə Əli gələ bilmirdi. Bu, onun üçün adi hala çevrilmişdi. 

Sevinc xanım həmin gecə demək olar ki, yatmadı, yata bilmədi, gecənin soyuq çağında başını pəncərəyə söykədi, duruxdu, öz-özünə dedi:

- Qadınlar deyir, müharibə olacaq. Bəs mənim oğlanlarım niyə bu barədə heç nə demirlər? Axı onlar bunu daha yaxşı bilirlər... 

***

Əli və İslam Vətən üçün doğulmuşdular. Vətən adı gə­ləndə farağat dururdular. Elə Vətənin müdafiəsinə də o cür getdilər...

27 sentyabr 2020-ci ildə erməni diversantlarının terrorlarına cavab olaraq əks-hücum əməliyyatı başladı. Bu əməliyyatın Vətən müharibəsinə çevrilməsi xalqımız tə­rə­findən böyük coşqu ilə qarşılandı. Minlərlə gənc kö­nüllü döyüşə getmək üçün hərbi komissarlıqların önündə top­laşdı... 

Əli Əhmədov torpaqlarımızın bütövlüyü uğrunda Ağ­dərə istiqamətində gedən döyüşlərdə fəal iştirak etdi. Hər­bi əməliyyatlarda bir neçə dəfə ağır yaralandı, döyüşü bu­rax­madı, onu hərbi hospitala aparmaq istədilər, etiraz etdi, - mən Vətənin dar günündə hospitalda yata bilmərəm, - dedi. Döyüş yoldaşları, şəxsi heyət onun bu fədakarlığını, və­təndaşlıq əzmini alqışladılar. 

Təəssüflər olsun ki, döyüşün ilk günü - 27 sentyabr 2020-ci ildə Əli Tərtər və Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Həmin gün şəhid olması ilə bağlı anasına xəbər verildi. Sentyabrın 28-də onu böyük izdihamın müşayiəti ilə Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn etdilər. 

İslam isə Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etdi, öz çevikliyi ilə yadda qaldı. Ancaq çox heyif ki, Vətənin bu qəhrəman oğlu sentyabrın 27-də Füzuli uğrunda gedən hərbi əməliyyatlar zamanı şəhid oldu. Sentyabrın 28-də onu da Min­gəçevir şəhərinin Şəhidlər xiyabanında – qardaşının ya­nın­­da dəfn etdilər. 

***

Sentyabrın 27-də həyatın çətinliklərini ürəyində qəmə-qubara döndərmiş Sevinc xanıma xəbər verdilər ki, hər iki oğlun Vətən uğrunda şəhid olub. O, elə bildi ki, bu xəbəri yuxuda eşidir. Min illərin yorğunluğu kimi silkələndi, öv­ladlarının şəhid olması barədə xəbər yenidən təkrarlananda, huşu itdi, heysiyyəti azaldı, dizləri tutuldu, qəfil çökdü. Bu çöküş böyük bir dağın uçmasına, ətrafa lərzə salmasına bənzədi. 

Sevinc xanım həm də imkan tapmadı desin ki, Əli şəhid olubsa, ümidim İslamadır. O, sağ-salamat qayıdar, Əlinin də iyini ondan alaram. Bunun fərqinə varanda, ah-nalə qo­partdı, saçları küləklərə yem oldu. Bir anda qohum-əqrəba, tanış-biliş, qə­səbə sakinləri Sevinc xanımın qapısına dol­du. Qadınlar onu sakitləşdirmək üçün dəridən-qabıqdan çıxdılar, həyatın amansız zərbələri altında mətinləşmiş qəlbi yaralı ana isə balalarından ötrü yanaqlarını parçaladı. Birazdan payızın ilıq hənirtisi altında Sevinc xanımın həyətinə iki tabut gətirildi. Birində Əlinin, o birisində İslamın qəhrəmanlıq sal­naməsi var idi...   

***

İnsan nə üçün yuxu görür? Mənbələrdə deyildiyi kimi, yuxular tamamilə bizə aid və bizim yaratdığımız xəyallardır... Hər gün qarşılaşdığımız hadisələr bizə bəzən öz xə­yal etdiyimiz tərzdə və ya eynilə yuxuda əyan olur... Hə­yat insanın şüuraltı rakursları ilə həmahəng olduqca, yuxugörmə də qaçılmazdır. 

Sevinc xanım da, övladları müharibəyə gedən ilk gündən qəribə yuxular gördü. Kitab yazmaq məqsədi ilə qapısını döyəndə bizə danışdığı əsas hadisələrdən çoxu gör­düyü yuxular oldu... 

Onlardan bir neçəsini maraq naminə təqdim edirik:

- Gördüm ki, Əli gəlib.  Uzanmışdım... Əli də ayaq üstə durmuşdu. Deyirəm ki, ay Əli gördünmü buraları nə günə qoydunuz, ay bala? Niyə belə elədiniz? Aparıram yuxarı evə. Evləri göstərirəm. Heç nə demir. Dönüb mənə baxır. Əynində ağ köynək, başında isə polis papağı var idi. Sinəsi dolu medaldı. Səhəri oyandım, mənə zəng gəldi. Dedilər ki, uşaqlara medal veriləcək...

***

- Bir gün gördüm yenə Əli gəlib, yanında qara saçlı göyçək bir qız var. Dedi ki, mama, bu qızı mənə al. Mən də de­dim ki, ay Əli, bəs Günel? (Əli nişanlı idi...) Heç nə de­mədi. Dedim, biz bu qızı tanımırıq axı. Kimdi, kimin qızıdı? Dedi ki, qazi qızıdı...

Başqa bir yuxuda görürəm yenə kəndə gedirik. Ha­mı­mız yığışıb oturmuşuq. Əli yenə həmin qız ilə gəlir, deyir, mama, Elxan dayıma denən, bu qıza elçi getsin. Mən onu almaq istəyirəm...

Yuxular da bəzən insana bir işarət verir. Balalarımla bağlı yuxularımın hamısı çin oldu. Deməli, bütün yuxularım mənə anladırmış ki, Əli və İslam Vətən uğrunda şəhid olacaq(lar).  

***

Yuxuda görürəm, İslam gəlir. Əli ilə mən maşındayıq. İslam da mağazadan çıxıb biz tərəfə addımlayır. Qəfildən İslamın arxasından dumanlı işıq peyda olur. İslam cəld maşının təkərinin üstünə çıxır, mənimlə görüşür. De­yi­rəm, ay İslam, gəl gedək, Əli də burdadı. Deyir, yox, ma­ma, siz gedin, mən sonra gələcəm...

***

Əlini iki həftə bundan əvvəl yuxuda gördüm. Kənarda dayanmışdı, əynində kostyum vardı. Həmin an qeybdən bir səs gəldi. Səs dedi ki, nə olar, gedin Əlinin anasına de­yin ki, bu qədər ağlamasın. Yazıqdı uşaq, burda o qədər narahatdır, yeri sudur...   

***

Bir dəfə də gördüm İslam uzanıb. Onu arxadan qucaqlayaraq deyirəm ki, bax, mən sizə demişdim, balalarım gələcək. Gördünüzmü, gəldilər ikisi də. İslamı qucaqlayıram, görürəm arıqlayıb. Deyirəm, ay İslam, niyə belə arıqlamısan? Evdə bal var. Gəl, gedək sənə bal verim. Deyir, yox, mama, istəmirəm. Əlində qara üzüm vardı, ondan yeyirdi...

*** 

- Evimizin təmiri qurtarmışdı. Balalarım elə bil qol-qa­nad açmışdılar. Demişdim, gedin, nə istəsəniz, onu da alın.  Ürəyiniz nəyi istəyir, onu da seçin. Evə aid nə vardısa, özləri seçmişdilər. Ancaq... Toya hazırlaşan balalarım Və­tən üçün şəhid oldular...

...Həmişə oturub İslamla söhbət edirdik. Dərdləşirdik. Mə­nə deyirdi ki, fikir eləmə, mama, hər şey yaxşı olacaq. İslamın o sözü məni həmişə rahatlandırırdı. Çox istəyərdim, indi o sözü yenə də desin. 

Çox istəyərdim, geriyə dönsün, Əlidən yenə məsləhət alım. Yenə oturaq, söhbətləşək... 

O günlərçün çox darıxmışam. Hardasız, mənim göyərçin balalarım?

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031