KÖHNƏ VERSİYA            

Zelenski İrəvanda həbs edilə bilər - lakin Paşinyan təkidlə "gəl" deyir...

Image

Ukrayna prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda Ermənistana səfər edəcəyi barədə məlumatlar gündəmdə getdikcə ən çox diqqət cəlb edən mövzulardan birinə çevrilib. Zelenskinin İrəvana martın ilk ongünlüyündə gələcəyi gözlənilir. 

Ekspertlrin fikrincə, Zelenskinin Ermənistana mümkün səfərini indi yalnız bir amillə izah etmək olar. Belə ki, Ermənistanla Rusiya arasında artan gərginlik Ukraynanın maraqlarına xidmət edir. Kiyev çox istəyərdi ki, Rusiya Ermənistana da müdaxilə etsin. Bu halda Kreml, birincisi, iki cəbhədə mübarizə aparmalı olacaq, ikincisi, Ermənistanı qorumağı vəd verən Qərblə münasibətləri daha da gərginləşəcək. Zelenski bu amilləri rəhbər tutaraq Ermənistana səfər planlaşdıra bilər. Mümkündür ki, Zelenskinin Ermənistana səfər etməsini Qərb ölkələrindən biri məsləhət görüb. Ancaq bu səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Nikol Paşinyanla Kreml arasında gərginliyi daha da artıracaq ki, bu da Ermənistana yaxşı heç nə vəd etmir. Hər halda, Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı da məsələyə məhz bu prizmadan yanaşır: “Ermənistanın “Factor TV” telekanalı Ukrayna prezidenti Zelenskinin martın əvvəlində İrəvana uça biləcəyi barədə məlumat yayıb. Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Valeri Lobaç bu məlumatı təkzib etməsə də, təsdiqləməyib. Onun fikrincə, bahar ermənilərə “çoxlu müsbət hadisələr” gətirməlidir. O, həmçinin vurğulayıb ki, Kiyev Qafqaz respublikasını dəstəkləməyə hazırdır və yaxın günlərdə bu istiqamətdə addımlar atılacaq. Ermənistan Xarici İşlər Nazirliyi də məsələyə aydınlıq gətirməyib. “Deyə bilərəm ki, yüksək rütbəli məmurların səfərləri barədə rəsmi olaraq vaxtında məlumat verilir”, - Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib. Tezliklə Rusiyada arzuolunmaz kimi tanınan başqa bir media orqanı xəbəri genişləndirmək qərarına gəldi. Nəşr yazıb ki, Zelenski martın 4-də İrəvana uçacaq, sonra isə Azərbaycana gedəcək. Beləliklə, Ukrayna liderinin hakimiyyəti ilə münasibətləri gərgin olduğu Gürcüstandan yan keçəcəyi üzə çıxıb. Düzdür, Azərbaycan mediası bu xəbəri yalan adlandıraraq təkzib etdi. Qeyd edək ki, Zelenskinin İrəvana səfəri onun təhlükəsizliyi üçün təhdid yaradır. Belə ki, Ermənistanda Rusiya hərbi bazası və Rusiya sərhədçiləri var. Elə həmin “Factor TV” də mənbələrə istinadən iddia edir ki, Rusiya təhlükəsizlik qüvvələri “Zvartnots” hava limanından çıxarılmalıdır, lakin indiyədək heç kim bunu etməyib. Bundan başqa, Ermənistan cəmiyyəti ciddi şəkildə qütbləşib. Baş nazir Nikol Paşinyanın tərəfdarları Qərb ölkələrindən daha böyük dəstək qazanmaq üçün Ukraynaya yaxınlaşmaq istəsələr də, onun əleyhdarları əksinə, Rusiya ilə dostluğa çağırırlar. GALLUP sorğu xidmətinin məlumatına görə, yanvarda Paşinyanı respondentlərin təxminən 29%-i, onun “Vətəndaş müqaviləsi” partiyasını isə 16,1%-i dəstəkləyib. Düzdür, ölkənin üç aparıcı müxalifət qüvvəsi olan “İctimai səs” partiyasının, “Hayastan” və “Şərəfim var” ittifaqlarının ümumi reytinqi 11,2%-dən bir qədər çox idi, lakin bu, Ukrayna rəhbərinin səfərini pozmağa cəhd etmək üçün kifayətdir. Parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov artıq bəyan edib ki, Paşinyan Ermənistandan yox, 2020-ci ildə hakimiyyəti ikinci Qarabağ müharibəsində qələbə münasibətilə Azərbaycanı ilk təbrik edənlər arasında olan Ukraynadan narahatdır. “1920-ci il noyabrın sonunda Qərblə “dostluq” şəraitində Ermənistanın cəmi 10 min kvadratmetr kilometrə yaxın ərazisi var idi.  Yalnız Ermənistanın sovetləşməsi türk hökmranlığından qurtulmağa imkan verdi, respublikanın sərhədlərini demək olar ki, 30 min kvadratmetr kolimetrə çatdırıldı. Qorxuram, bu dəfə Ermənistan elə qurulsun ki, onun özünə gəlib hər hansı kənar köməyə ümid etməsi artıq çətin olsun”. Politoloq Tiqran Köçəryan isə hesab edir ki, Zelenskinin Ermənistana səfəri tamamilə realdır. Üstəlik, o bunu Paşinyanın KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ilə əməkdaşlığın dondurulması barədə bəyanatı ilə üst-üstə düşən növbəti rusofob addımı hesab edir: “Görünür, Paşinyan artıq Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəmir. Maraqlıdır, baş nazir Moskvanın Ermənistana təsirini ləğv etdiyini başa düşmək üçün daha nə etməlidir? Necə ki, mafiya insanı “özününkü” etmək üçün daha ağır cinayətlər törətməyə məcbur edir, Qərb də Paşinyandan yeni rusofob addımlar tələb edir”. Onun fikrincə, bu halda danışıqların gündəliyi Zelenskinin İrəvanda Paşinyanla görüşü faktı qədər önəmli olmayacaq. 

Politoloq Arşaluys Mqdesyan da hesab edir ki, Zelenskinin Ermənistana səfəri baş tuta bilər, baxmayaraq ki, o, Ukrayna liderinin Paşinyanla konkret nəyi müzakirə edə biləcəyini bilmədiyini etiraf edir. “İki KİV öz mənbələrinə istinadən eyni xəbəri yayıb. Bundan başqa, Ermənistan Xarici İşlər Nazirliyi və Ukrayna nümayəndəsi heç nəyi inkar etməyib. Bu baxımdan, çətin ki, biz sadə şayiə ilə məşğul olaq, çox güman ki, həqiqətən də səfər hazırlanır, lakin onun baş tutub-tutmayacağını söyləmək hələ də çətindir”. Ekspertin fikrincə, Rusiya belə bir görüşü mənfi qarşılayacaq, lakin bu, Ermənistan-Rusiya münasibətlərinin son bir neçə ilin ümumi tendensiyasına uyğun olacaq. “Ola bilsin ki, müxalifət Zelenskinin səfərinə qarşı kütləvi mitinq keçirsin, lakin daha radikal addımlar atması çətin ki mümkün olsun. Yenə də parlamentdə təmsil olunan Paşinyanın əleyhdarları ölkəyə özləri rəhbərlik edirdilər və təhlükəsizlik mənbələrinin şaxələndirilməsinin zəruriliyi ilə razılaşırdılar. Bu baxımdan, onlar İrəvanın Qərblə təmaslarının qəti əleyhinə deyillər, lakin Paşinyanın Rusiya ilə münasibətlərini poza biləcəyindən narahatdırlar”. Bunlar fonunda erməni siyasi şərhçi Edik Andresyan qeyd edir ki, Zelenski Ermənistana səfəri zamanı həbs oluna bilər. O vurğulayır ki, Ukrayna prezidenti İrəvanda hüquq-mühafizə orqanları tərəfindən həbs oluna bilər:

“Baş nazir Nikol Paşinyan britaniyalı jurnalistə verdiyi müsahibədə Rusiya prezidentinin Ermənistana səfəri zamanı həbs olunma ehtimalı ilə bağlı məsələyə münasibət bildirmişdi. Xatırlayın, Paşinyan bu məsələyə onun baxmadığını, hüquq-mühafizə orqanlarının məşğul olduğunu demişdi. Baş nazir dedi ki, buna onlar qərar verir. Volodimir Zelenski Paşinyanın müsahibəsini dinlədi və düşündü ki, baş nazirin Putini həbs etməyə cəsarəti çatmırsa, onu necə həbs edəcək? Onu da qeyd edək ki, Zelenskinin Ermənistanda həbsinə, nəinki erməni hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta Ermənistanda fəaliyyəti hələ heç kim tərəfindən qadağan olunmayan Rusiya Federasiyasının xüsusi xidmət orqanları da qərar verə bilər”. Politoloq Stepan Danielyanın fikrincə, Zelenskinin səfəri ilə bağlı xəbər Nikol Paşinyanın son müsahibəsi ilə sıx bağlıdır və bu müsahibə zamanı Paşinyan Ermənistanın KTMT ilə münasibətlərini dondurduğunu bəyan edib: "İlk növbədə, Zelenskinin səfəri ilə bağlı məlumatın yayılmasının məntiqini başa düşməliyik. Həmin bəyanatlar Paşinyanın Paris səfərindən sonra səslənib. Düşünürəm ki, Fransa silahlarının Ermənistana tədarükü ilə bağlı açıqlama Ermənistanın hansı düşərgədə olduğuna aydın şəkildə qərar verməsi ilə bağlıdır. Silah siyasətdir, texnologiyadır. Əslində, bu iki hadisə, Zelenskinin səfəri və silah tədarükü ilə bağlı açıqlamalar eyni vaxtda baş verdi”.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031