"Biz böyük xalqın nümayəndələriyik" Prezident İlham Əliyev
Həm 2020-ci ildə, həm də keçən ilin sentyabrında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır.
Bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Bunun bir daha xalqımızın böyüklüyünü göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik”.