KÖHNƏ VERSİYA            

Qərb səfirlərinin bu hərəkəti nə Navalnıya, nə də Hüseyn Cavidə hörmətdir...

Image

Faiq Ələkbərli: “Azərbaycan-Rusiya münasibətlərini zədələmək məqsədi də güdə bilərlər”

Fevralın 20-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld və ABŞ səfiri Mark Libbinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, drammaturq Hüseyn Cavidin heykəli önündə həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının xatirəsini yad etmələri müzakirələrə səbəb olub. 

Səfir Fergus Auldun “X” (Twitter) səhifəsində paylaşdığı “Bu gün ABŞ səfiri Mark Libbi ilə yanaşı, həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum” fikirləri də ictimaiyyət tərəfindən tənqid edilir.

Azərbaycan ictimaiyyətinin nümayəndələri qeyd edirlər ki, Qərb səfirlərinin bu davranışlarına heç cür anlam vermək olmur. Hüseyn Cavidlə Navalnı arasında hansısa bir bağ axtarmağın özü məntiqsizdir. 

Yeri gəlmişkən, səfirlərin davranışına AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, ədəbiyyatşünas-alim Gülbəniz Babaxanlı da narazılığını bildirdib. “Həmin ərazi Yasamal Rayon İcra Hakimiyyətinə aiddir. Çox təəccüb və təəssüf etdim ki, belə bir şeyə icazə veriblər. Düzgün deyil! Biz Hüseyn Cavidin özünə aid tədbirləri belə heykəlin önündə RİH-nin icazəsi ilə keçiririk. Məəttəl qalmışam ki, necə ola bilər, Navalnının xatirəsini qeyd edələr və bundan RİH-nin xəbəri olmaya? Hüseyn Cavid parkında uşaq əyləncələrinə də, hər şeyə icazə verirlər. Əslində, buna da etiraz edirik ki, bəzən heykəlin qarşısında karusel qurur, heykəlin fonunu korlayırlar. Hüseyn Cavidin qızı Turan Cavid məndən əvvəl Ev Muzeyinə rəhbərlik edib. O həmişə belə şeylərə öz etirazını bildirirdi ki, park Hüseyn Cavidin adını daşıyır, ona yer verilibsə, heykəlin tam qarşısındakı meydan həmişə boş olmalıdır. Çünki Cavidi sevənlər, ziyarətinə gələnlər çoxdur. Hər yoldan keçən ayaq saxlayıb heykəlin möhtəşəmliyinə baxır. Həmişə heyranlıqlarını bildirirlər. Nə səbəbdən Navalnını heykəlin önündə yad etdiklərini bilmirəm. Hüseyn Cavidin Ev Muzeyinin bütün kollektivi adından bu məsələyə öz etirazımı bildirirəm!”-deyə G.Babaxanlı bildirib. 

İctimaiyyət nümayəndələri qeyd edirlər ki, Qərb səfirləri Navalnının xatirəsini yad ediblər, bu onların öz işləridir, amma bunu Hüseyn Cavidin abidəsinin önündə etmələri narazılıq doğurur.

Bu nə dərəcə doğru yanaşmadır? 

“Hüseyn Cavidlə Navalnı arasında hansısa “uyğunluq” yaratmaq istəyi yolverilməzdir” 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, ABŞ və Böyük Britaniya səfirlərinin bu addımı hər kəsi təəccübləndirir. O qeyd etdi ki, Navalnının ölümünə Qərb dövlətlərinin reaksiyası bəllidir, onlar buna görə Rusiya hökumətini itiham edirlər, bununla bağlı müxtəlif ölkələrdə aksiyalar keçiriblər. “Bakıda da belə aksiyanı ABŞ-ın və Böyük Britaniyanın səfirləri həyata keçiriblər. İki Qərb ölkəsi səfirinin Navalnını anma aksiyasını Azərbaycanın tanınmış mütəfəkkiri, şairi Hüseyn Cavidin abidəsi önündə  keçirməsi birmənalı qarşılanmır, bu ümumiyyətlə heç bir məntiqə sığmır. 

Bu məsələni təhlil edərkən müxtəlif cavablarla qarşılaşırıq. Bəlkə də onlar bu addımı atmaqla Hüseyn Cavidin demokratik ruhunu ifadə etmək istəyiblər. Hüseyn Cavid bir istiqlal, azadlıq tərəfdarı idi. Ancaq burada digər bir məsələni də ehtimal etmək olar ki, Qərb səfirləri  Cavidin abidəsini seçməklə Azərbaycan-Rusiya münasibətlərini zədələmək məqsədi də güdə bilərlər. Çünki həmin Qərb ölkələri maraqlıdır ki, dünya ölkələri Rusiyaya münasibətdə daha sərt addımlar atsın. Azərbaycan-Rusiya münasibətləri hələlik normal axarda davam edir”-deyə F.Ələkbərli bildirdi.

O hesab edir ki, ABŞ və Böyük Britaniya səfirləri bu addımı atmaqla Rusiya-Azərbaycan münasibətlərini kəskinləşdirmək, pisləşdirmək istiqaməti götürə bilərlər, bu istisna deyil. F.Ələkbərli hesab edir ki, bütün hallarda bunu doğru addım saymaq olmaz. “Bunun Hüseyn Cavid irsinə bir ziyanı olmaz, amma Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirə bilər. Bunu ehtimal etmək olar. Hesab edirəm ki, bu məsələ Azərbaycanda lazımı şəkildə dəyərləndiriləcək. Hər halda, Azərbaycanın balanslaşdırılmış siyasətini davam etirəcəyinə ümid edirik. Hüseyn Cavidin abidəsi önündə Navalnını xatırlamaqla ABŞ və Böyük Britaniya səfirləri sətiraltı eyhamlarla çıxış etməyə çalışıblar. Amma bunun Azərbaycana heç bir ziyanı olmayacaq. 

İctimaiyyətin Qərb səfirlərinin addımlarına sərt təpki verməsi də tam yerindədir. Hesab edirik ki, Hüseyn Cavidlə Navalnı arasında hansısa “uyğunluq” yaratmaq istəyi yolverilməzdir”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031