KÖHNƏ VERSİYA            

Kəlbəcərdə alban abidələrinin bərpası İrəvanı isterikaya saldı...

Image

Faiq İsmayılov: “Ermənilərin adlarını çəkib şəkillərini yaydıqları tikillərin heç biri kilsə deyil, onlar sövmələrdir”

Ermənilər yerə saxta kilsə oynuna davam edirlər. Azərbaycan ərazilərini işğalda saxladıqları dövrdə bu ərazilərdə olan bütün alban irsini saxtalaşdıran ermənilər bütün abidələrə, monastır və kilsələrə, hətta sövmələrə belə qondarma adlar yapışdırıblar. 

Qarabağda və ətraf rayonlarda mövcud olan alban abidələrinin adlarını saxtalaşdırıblar və sonra da bunları “rəsmi” qeydiyyata alıblar, hətta reyestr də yaradıblar. Bu azmış kimi, onlar Azərbaycan və başqa dillərdə də belə saxta resurslar yaradıblar.  

Kəlbəcərdəki alban abidələrinə qarşı əsassız iddialar irəli sürən ermənilər indi də “Müqəddəs Qriqori” və “Müqəddəs Sarkis” “kilsələri” adlı oyun oynayırlar. Guya Kəlbəcərin Zar kəndində yerləşən bu “kilsələrə” qarşı Azərbaycan  hansısa “vandalizm aktı” törədib. 

Guya bu barədə “Mədəni İrs” “həyəcan təbili çalır”. Erməni mətbuatı yazır ki, Zar kəndindəki “Müqəddəs Qriqori” və “Müqəddəs Sarkis” kilsələrini Azərbaycan alban (Ağvan) kilsələri kimi təqdim edir. Yazırlar ki,  bu “kilsələrin” ərazisində təmir işləri aparılacaq.

Guya deyirlər ki, internetdə yayılan fotoşəkillərə görə kilsələrin ərazisində artıq tikinti işlərinə başlanılıb. “Müqəddəs Sarkis kilsəsinin xaçı və üzərində yazı olan daşlardan biri sökülüb, xaçkar qırıntıları da yoxdur. Müqəddəs Qriqori kilsəsinin ərazisində 1993-cü ildən əvvəl orada görünən yardımçı tikililər sökülüb” – deyə erməni mətbuatı iddia edib. 

Kəlbəcərdəki alban abidələrinin restavrasiya ediləcəyi xəbəri erməniləri isterikaya salıb və onlar yalandan hay-küy salırlar ki, guya bunlar erməni abidələridir. 

“Onlar qorxurlar ki, biz öz abidələrimizə baş çəkəcəyik, onların vəziyyətini öyrəncəyik, bərpa edəcəyik, bu da onların saxtakarlığının ifşa olunması deməkdir” 

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni mediasında təqim edilən fotolar kilsə şəkilləri deyil, şəkildəkilər sövmələrdir, sövmələr isə kilsə deyil. F.İsmayılov qeyd etdi ki, ermənilər işğal dövründə o qədər saxtalaşdırmaya aludə olublar ki, sövmələrin üzərini də qondarma xaçkarlarla doldurublar. Kəlbəcərdə, eləcə də digər keçmiş işğal rayonlarında erməni irsi olmadığını vurğulayan F.İsmayılov bildirdi ki, erməni mediasının yazdıqları yalandan başqa bir şey deyil. “Birincisi, hələ Kəlbəcərdə abidələrin bərpası prosesinə başlanılmayıb. Hələ əhalinin məskunlaşdırılması üçün çalışırlar ki, tezliklə insanlarımızı öz doğma yurdlarına qaytarsınlar. Ermənilər əbədi bir vahimə içərisində saxlanılır. Onlar qorxurlar ki, biz öz abidələrimizə baş çəkəcəyik, onların vəziyyətini öyrəncəyik, bərpa edəcəyik, bu da onların saxtakarlığının ifşa olunması deməkdir. Kəlbəcərin Zar kəndində olan bu iki abidənin fotolarına diqqətlə baxsanız görərsiniz ki, onlar o kiçik binaların üzərində nə qədər xaç şəkli quraşdırıblar. Bunu sonradan ediblər. Digər tərəfdən isə, onların “kilsə” adlandırdıqları bu tikili kilsə deyil, sövmələrdir. Kilsə ilə sövmə bir-birindən fərqlidir. Kilsə xristianların kütləvi ibadəti üçün inşa edilmiş tiklidir, o ibadət üçün nəzərdə tutulur. Beş-altı adamın güclə sığışa biləcəyi bir tiklinin kilsə adlandırılması anormallıqdır. Siz heç bir xristian ölkəsində beş-altı nəfərin güclə sığışa biləcəyi bir yerə kilsə adının verildiyini görməzsiniz. Heç kəs görməyib. Ermənilər alban memarlığına uyğun tikilən, alban xristian dövrü və ondan əvvəlki dövrlərdə tikilən tikiliəri, sövmələri və sairin hamısını “kilsə” adlandırırlar. Bu tikililəri “kilsə” adlandırıb hərəsinə də bir qondarma ad veriblər. Bu iddiaların heç birinin əsası yoxdur. Ermənilərin davranışlarının, yanlış təbliğatlarının özü bir mədəni vandalizm aktıdır”-deyə F.İsmayılov qeyd etdi.

F.İsmayılovun sözlərinə görə, 1800-ə qədər abidə adı çəkmək olar ki, həmin abidələrin hamısını ermənilər “Qriqoryan kilsəsi” adlandırırlar. “Sovet dövründə Ermənistanda ümumi olaraq 5 kilsə vardı, insanlar orada ibadət edirdi və bu say onları təmin edirdi. Ermənistanda 5 kilsə olduğu halda, nə təhər oldu ki, Qarabağ və Şərqi Zəngəzur ərazində 1800-ə qədər kilsə mövcud olub? Bu ən böyük saxtakarlqıdır. Bu, ermənilərin növbəti dəfə yalan danışmaqlarının bir nümunəsidir. Kəlbəcərdə Sarkis kilsəsi uydurublar. Bu, toponimlərin saxtalaşdırılması prosesinin tərkib hissəsidir. Onlar yer-yurd, abidə adlarını dəyişməklə özləri üçün bir “əsaslandırma” yaratmaq istəyiblər. Tutalım, burada bir kilsə varsa o mütləq hansısa “erməni müqəddəsin” adı ilə adlandırılıb. Onlar bütün monastırlara, tikililərə qondarma erməni adları qoyublar. Təxminən 400-ə yaxın “Müqəddəs Məryəm ana” kilsəsi “var”. Dünyanın heç yerində belə bir şey yoxdur. Bir dənə ola   bilər, o da konkret sənəd əsasında. Onların dediklərinin heç bir əsası yoxdur. 

Kilsələrdən danışanda ehtiyatlı olmaq lazımdır, hər tikiliyə kilsə adı vermək düzgün deyil. Ermənilərin adlarını çəkib şəkillərini yaydıqları tikillərin heç biri kilsə deyil, onlar sövmələrdir. Kilsə Xudavəngdir, kilsə Gəncəsərdir, kilsə Ağaoğlandır. 

Sövmələrə gəlincə, onlar ibadət üçün nəzərdə tutulmurdu. Sövmələr atla, eşşəklə səfərə çıxan insanların qardan, yağışdan daldalanması, qorunması üçün inşa edilən tikilillər olub. Onlar yol kənarlarında, karvan yollarının üstündə, dağ zirvələrində tikilərdi ki, insanlar orada sığınacaq tapsınlar. Bir qədər karvansaraya bənzəyirdi. Ermənilərin kilsə kimi qələmə verdiklərinin heç biri kilsə deyil”-deyə F.İsmayıov qeyd etdi.

F.İsmayılov əlavə etdi ki, onlar bu sövmələri kilsə kimi qələmə verməklə öz məkrli niyyətlərini ortaya qoyurlar.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031