KÖHNƏ VERSİYA            

113 gündən sonra nəşi tapılan şəhid Nurlan Eminovun atası: "...rayon çempionu idi"...

Image

Pərviz Eminov: “Təsəllimizdən biri də odur ki, oğlumun nəşi düşmən əlində qalmadı, 113 gündən sonra biz onu doğulduğu kənddə torpağa tapşırdıq” 

Fevralın 19-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün - Tarixi zəfər” adlı kitabın I və II cildlərinin təqdimat mərasimi çərçivəsində tədbirdə iştirak edən bir neçə şəhidin valideynindən övladları ilə bağlı müsahiblələr götürdük.

Budəfəki müsahibimiz Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olan şəhid Nurlan Eminovun atası Pərviz Eminovdur. 

“İdman nailiyyətlərinə baxmayaraq, o özünü hərbi sahədə görmək istəyirdi”

- Şəhid Nurlan Eminovun atası olmaqla fəxr edirəm (kövrəlir). 

- Oğlunuz könüllü idi? 

- Xeyr, MAXE (müddətdən artıq həqiqi hərbi xidmət). Nurlan 2000-ci il iyulun 2-də Kürdəmirin Ərəbqubalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə hərbi xidmətə yollansa da, hərbidə qalmaq istədi. Nurlan 2020-ci ildə tərxis olunsa da, yenidən ordu sıralarına qayıtdı. Müharibə başlayanda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Murovdağda xidmət edirdi.

- Hərbidə qalmaq istəyini necə qarşıladınız?

- Yaxşı qarşıladıq. Mən də bir ata kimi xeyir-dua verib dedim ki, oğul, əgər sən belə cəsarətlə vətənə xidmət etmək istəyirsənsə, Allah sənin işini avand eləsin. Hərbiçi olmaq onun ən böyük arzusu idi, mən də bu arzusunun qarşısını almadım. 

- Yəqin hərbiçi olmaq uşaqlıq arzusu idi?

-  Nurlan uşaqlıqdan yunan-Roma güləşi ilə məşğul olub, hətta rayon birinciliyində çempion adı da qazanıb, bir neçə dəfə yer tutub, medallar, diplomlar alıb. İdman nailiyyətlərinə baxmayaraq, o özünü hərbi sahədə görmək istəyirdi. Buna görə də müddətli həqiqi hərbi xidməti başa vurandan çox qısa müddət sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirirdi. Yəni hərbidə qalıb qulluq etmək uşağımın ən böyük arzusu idi. 

- Müharibənin ilk günündən döyüşüb?

- Bəli, müharibənin ilk günündən döyüş tapşırıqlarını yerinə yetirib. 

- Sonuncu dəfə nə vaxt danışdınız? Nə dedi? 

- Hər danışanda da “hər şey yaxşıdır, narahat olmayın” deyirdi. Oğlumla   son dəfə 2020-ci ilin oktyabr ayının 2-də danışdıq. Bu dəfə səsi başqa cür gəlirdi, nisgil vardı sanki. Bəlkə də ürəyinə şəhid olcağı damıbmış. Səsi həyəcanlı olsa da, yenə də əhvalını pozmamağa, bizi nigaran qoymamağa çalışırdı. Sonuncu dəfə oktyabrın 2-də danışsaq da, uzun müddət ondan xəbər ala bilmədik. Bir neçə ay axtardıq, axtarış getdi. 113 gündən sonra Nurlanın nəşi tapıldı, bizə təhvil verildi.

- Harada dəfn edildi?

 - 2021-ci ilin yanvar ayının 22-də nəşi tapılaraq bizə təhvil verildi. Yanvarın 23-də isə dəfn etdik. Bütün kənd camaatına oğlumun nəşini göstərdim, dedim ay camaat, bu mənim oğlumun nəşidir...

- Niyə belə etdiniz?

- Bəzən tabut açılmayanda camaat başqa şeylər danışır...

- Oğlunuz necə şəhid olub?

- Dəfndən sonra öyrəndik ki, Nurlan son danışığının səhəri günü, yəni oktyabrın 3-də Kəlbəcər istiqamətində, daha dəqiq desək, Goranboyun Buzluq kəndi istiqamətində hərbi əməliyyatlar zamanı şəhid olub. Döyüşlər zamanı yaxınlığına düşən minaatan mərmisindən çıxan qəlpənin döş qəfəsinə tuş gəlməsi ilə şəhadətə yüksəlib. Sonuncu dəfə telefonla bacısı ilə danışanda deyib ki, ola bilsin, danışa bilmədik. Müharibədə oğlum  düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv edib. Çox vətənpərvər övlad idi. Hey deyirdi ki, mən torpaqlarımızı azad edəcəyəm, dediyinə də əməl etdi. Oğlum sözünün üstündə durdu və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid oldu. 

- Təsəlliniz nədir?

- Təsəllimiz odur ki, övladlarımız unudulmur.  Oğlum ölkə başçısının müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün - Tarixi zəfər  kitabında da Nurlan haqda məlumat var, onun haqqında veriliş də çəkilib, yazılar da yazılıb. Bu bizə böyük təsəllidir. Təsəllimizdən biri də odur ki, oğlumun nəşi düşmən əlində qalmadı, 113 gündən sonra biz onu doğulduğu kənddə torpağa tapşırdıq. 

İradə SARIYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031