Prezident seçkilərindən əvvəl Putin-Ərdoğan görüşü olmayacaq - Kreml açıqladı
Rusiya Federasiyası və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Rusiyada keçiriləcək prezident seçkilərinə qədər görüşü olmayacaq, lakin yüksək səviyyəli təmaslara hazırlıq işləri aparılır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
«Seçkiyə qədər xeyr», - deyə o, jurnalistlərin müvafiq sualına cavab verib.
Kreml nümayəndəsinin sözlərinə görə, «seçkilərdən əvvəl prezident və cənab Ərdoğanın kifayət qədər sıx və gərgin qrafiki var».
«Lakin yüksək səviyyəli təmaslara hazırlıq gedir, biz bu barədə dəfələrlə bəyan etmişik», - o əlavə edib.
ZÜMRÜD