Kreml Paşinyanın açıqlamasına reaksiya - KTMT-də “dondurulma” rejimi yoxdur
Kremldə bəyan ediblər ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı məsələsində mövqeyini tam aydınlaşdırmaq niyyətindədirlər, çünki bu təşkilatın nizamnaməsində «dondurulmuş üzvlük» kimi status nəzərdə tutulmur.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Ermənistanın baş naziri Nikol Paşinyanın bu təşkilata üzvlüyün dondurulması ilə bağlı bəyanatından sonra Ermənistanın KTMT-nin fəaliyyətində gələcək iştirakı məsələsində aydınlıq olub-olmadığını sualına belə cavab verib: "Xeyr, hələ aydın deyil. Burada erməni tərəfdaşlarımızla kifayət qədər tez-tez əlaqə saxlayırıq və əlbəttə ki, bunu aydınlaşdıracağıq".
"Müvafiq sənədlərə əsasən, belə bir rejim de-yure sadəcə olaraq KTMT planında yoxdur. Təmasda olacağıq, öyrənəcəyik", - Kremlin nümayəndəsi əlavə edib.
TAHİR