"Azad edilmiş ərazilərdə təbiətə vurulan ziyan qiymətləndirilir" - Nazir
İşğaldan azad edilmiş ərazilərdə qiymətləndirmə işləri aparılır, təbiətə vurulan ziyan qiymətləndirilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bundan sonra bərpa işləri başlanılacaq.
“Müvafiq qaydada planlar təqdim olunacaq və işlər planlar üzərində həyata keçiriləcək. Ekologiya və Təbii Sərvltlər Nazirliyi azad edilmiş ərazilərdə geniş miqyaslı işlər həyata keçirir. Müxtəlif su layihələri, müvafiq hidroloji, radioloji stansiyaların quraşdırılması, meşə-bərpa işləri, giodeziya və xəritəçəkmə işləri və s. istiqamətdə lazımi işlər görülür”, - deyə o, əlavə edib.