"Bizim bu ölkələrlə mübarizəmiz eynidir"- Robert Kurto
"Bizim hərəkat Yeni Kaledoniyanın fransız müstəmləkəçiliyindən azad olunması və müstəqilliyin əldə edilməsi uğrunda mübarizə aparır. Bu gün mən ilk dəfədir ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan tədbirdə iştirak edirəm. Buna görə Azərbaycana və Bakı Təşəbbüs Qrupuna təşəkkürümü ifadə etmək istəyirəm. Bu qrup sayəsində Yeni Kaledoniya öz problemini Sakit okean regionunda beynəlmiləlləşdirə bilib. Qrupun fəaliyyətinin bundan sonra daha uğurlu olacağına inanıram."
Bu sözləri AZƏRTAC-a müsahibəsində Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) fəalı Robert Kurto söyləyib.
O deyib: “Bakı Təşəbbüs Qrupu tərəfindən İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans vasitəsilə biz ölkəmizlə yanaşı, Fransa müstəmləkəçiliyinə məruz qalan bir çox başqa ərazilərin də olduğunu öyrəndik. Bizim bu ölkələrlə mübarizəmiz eynidir. Bu kontekstdə bizim üçün yaratdıqları bu platformaya görə həm Azərbaycana, həm də Bakı Təşəbbüs Qrupuna bir daha minnətdarlığımı ifadə edirəm”.