Fransa səfirliyinin Xocalı paylaşımı " ikiüzlü dostluq" jestidir...
Fransa dövlətinin anti-Azərbaycan siyasətini bu ölkənin Azərbaycandakı səfirliyi də davam etdirir. Səfirliyin Xocalı faciəsi ilə bağlı paylaşımı da dediklərimizi sübut edir. Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: Fransanın Azərbaycandakı səfirliyinin " X" sosial səhifəsində bu günkü paylaşımı çox təəccüblü , kədərli və ziddiyyətlidir.Səfirliyin sosial şəbəkə səhifəsində " Azərbaycan xalqının Xocalı ilə bağlı kədərini bölüşürük" yazılıb...
İküzlü və qeyri- səmimi siyasətin hədd- hüdud tanımadığına inanmaq üçün bundan təsirli nə fakt ola bilər?!
Fransa bu kədəri bölüşən olsaydı, Parisdə Xocalı qurbanlarına bir abidə qoyardı...Xocalını genosid kimi tanıyardı.. Xocalının və digər Azərbaycan ərazilərinin işğaldan tam azad olunmasına gətirib çıxarmış indiki siyasətimizə bu qədər düşmən kəsilməzdi .30 il Qarabağ münaqişəsinin sülhlə həllini aydan - aya atmazdı, Qarabağın azadlığı üçün qanlı müharibəni bizim üçün yeganə yol kimi saxlamazdı ...
Necə yəni " dərdinizi bölüşürük"?...Dərdimizi bölüşmək hara, Paşinyanı qisasçılığa təhrik etmək və hazırlamaq hara ?!Azərbaycanla sülh sazişinin imzalanmasına açılmış qapıları bağlamaq hara?
Xocalı dərdimizə həqiqətən şərik olmaq istəyən ölkə Ermənistanı müharibəyə hazırlaşdırmaz ....Dərdə belə şəriklik Xocalı soyqırımı qurbanlarının xatirəsinə hörmət yox, hörmətsizlikdir....
Xocalı dərdimizə həqiqətən şərik olmaq istəyən ölkə Ermənistanı müharibəyə hazırlaşdırmaz ....Dərdə belə şəriklik Xocalı soyqırımı qurbanlarının xatirəsinə hörmət yox, hörmətsizlikdir....
Azərbaycanla birüzlü düşmənçiliyiniz ikiüzlü dostluğunuzdan daha əfsəl olardı ...
Mətləb