Hindistanın Moskvaya xəyanətinin üstü açıldı - Almaniya vasitəsilə Ukraynaya silah göndərirlər...
Almaniyanın "Der Spiegel" jurnalı Almaniya və Hindistanın Ukraynaya artilleriya mərmiləri tədarükü üçün gizli danışıqlar apardığını iddia edib. Jurnalın öz mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Almaniya Ukraynaya veriləcək “bir neçə yüz min artilleriya mərmisi”ni Hindistandan almaq istəyir.
Jurnal Moskva ilə münasibətləri korlamaq istəməyən hindli idarəçilərin danışıqları gizli saxladığını iddia edib.
“Der Spiegel” həmçinin böyük sursat ehtiyatlarına malik bəzi ərəb ölkələri ilə də oxşar danışıqların aparıldığını yazır. Almaniya Müdafiə Nazirliyinin rəsmiləri Ukrayna adından sursat almaq üçün 7 milyard avro ayırdıqlarını açıqlayıb.
TAHİR