Böyük Britaniya səfiri Xocalı faciəsi ilə bağlı paylaşım edib
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.
Səfir bu barədə "X" sosial media hesabında qeyd edib.
"Bu gün Xocalı faciəsinin qurbanlarını bütün azərbaycanlılarla birgə yad edirəm. Allah rəhmət eləsin!", - o bildirib.