"Bəzi çevrələr sərhəddə sakitliyi pozmaq üçün əllərindən gələni edirdilər" - XİN rəhbəri
Həm sərhəddə olan təxribatlar, həm də Fransanın təhrikedici siyasəti hamısı bir-biri ilə bağlı olan addımlardır. Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, son aylar ərzində razılaşmalar əldə olunmasa da, defakto 5 aya yaxın müddətdə sərhəddə demək olar sülh sakitlik mövcud idi.
"Həmin o müddətə nəzər salsaq görəcəyik ki, bəzi çevrələr bu vəziyyətdən çox narahat idi. Əllərindən gələni edirdilər ki, vəziyyət dəyişsin, gərginlik olsun. Bunun bir neçə misalını çəkə bilərəm. Bu Avropa İttifaqının sərhəddə olan missiyasının hərəkətləri, demək olar ki, həftədə bir neçə dəfə olaraq Qərb diplomatlarının sərhədə gətirilməsi aylarla sabitlik olan sərhddə bu məsələnin şişirdilməsi gərginlik mənbəyi kimi təqdim olunmasıdır. Ondan sonra bunun məntiqi davamı olan həmin missiyanın nəzarət zonasından Azərbaycan ərazisinə müəmmalı şəkildə minalanmış ərazilərdən şəxsin hərbiçilərimiz tərəfə irəliləməsi, ondan sonra snyaper atəşi ilə hərbiçimizin yaralanması hadisəsi oldu", - nazir əlavə edib.